Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106318
az

İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş - FOTO

21:2316 Aprel, 2024
116
CƏMİYYƏT
  • A

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb.

Oxu24.com xəbər verir ki, yüksək bal toplayanlar arasında şagird Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Piriyevin qızıdır.

Mələkxanım öz sevincini Modern.az-la bölüşüb.

"İlk növbədə doğma məktəbim - Dəyanət Vəqfi Bakı Türk Liseyinə, əziz və fədakar müəllimlərimə ürəkdən təşəkkür edirəm. Bildiyiniz kimi, buraxılış imtahanları ali məktəblərə qəbulun 1-ci mərhələsidir. Hədəfim blok imtahanlarında da yüksək nəticə göstərib ADA Universitetində təhsil almaqdır", - o deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan arxivindən şok sənəd - FOTO
Kupman Azərbaycana gələcək
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO