Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106314
az

Sabah bu rayonda qaz olmayacaq

20:2916 Aprel, 2024
94
CƏMİYYƏT
  • A

Sabah Astara və Yardımlı rayonlarının bəzi ərazilərində qaz kəsiləcək.

 

Oxu24.com-un məlumatına görə, Astara rayonu ərazisində yerləşən Maşxan, Təngərüd, Kakalos, Pensər, Şiyəkəran, Kolatan, Balaca Şahağacı, Qamışovka, Çayoba, Şahağac kəndləri və Siyəkü inzibati ərazi dairəsini təbii qazla təmin edən diametri 159 mm-lik orta təzyiqli qaz xəttində mövcud olan sızmaların aradan qaldırılması üçün sabah saat 14:00-dan işlər yekunlaşana qədər ümumilikdə 6600 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Həmçinin Yardımlı rayonu ərazisində yerləşən “Əngəvül əhali” ölçü qovşağında görüləcək təkmilləşdirmə işləri ilə əlaqədar sabah saat 14:00-dan 16:00-dək Əngəvül, Bilnə, Bürzünbül, Vərgədüz, Züvüç və Zövnə kəndlərinin ümumilikdə 610 abonentinin qaz təchizatının "Əngəvül" qaz paylayıcı stansiyadan dayandırılması planlaşdırılır.

 

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan arxivindən şok sənəd - FOTO
Kupman Azərbaycana gələcək
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO