Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106306
az

Dəhşətli xəbər gəldi: Yaralılar var + FOTO

18:1116 Aprel, 2024
76
CƏMİYYƏT
  • A

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.

 

Qazax istiqamətində hərəkətdə olan mişar daşı yüklü "KamAZ"la "Mercedes Vito" markalı mikroavtobus və "Mercedes" markalı minik maşını toqquşub.

 

Nəticədə 1974-cü il təvəllüdlü Cavahir İsmayıl qızı İsmayılova və 1976-cı il təvəllüdlü Zaur Aydın oğlu Cabbarlı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

 

Hadisə zamanı yük maşını aşıb, yolun hərəkət hissəsinə mişar daşı töküldüyündən hərəkət nisbətən məhdudlaşdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan arxivindən şok sənəd - FOTO
Kupman Azərbaycana gələcək
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO