Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106268
az

Ceyhun Bayramov Mirziyoyevlə görüşdü - YENİLƏNİB

21:4615 Aprel, 2024
102
CƏMİYYƏT
  • A

Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, görüş zamanı nazir Ceyhun Bayramov tarixi, mədəni və dini ortaqlıqları bölüşdüyümüz qardaş Özbəkistan Respublikası ilə ölkəmiz arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin nümunəvi xarakterə malik olduğunu bildirib.

 

Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat və kommunikasiyalar, mədəniyyət, humanitar və digər sahələr üzrə çoxşaxəli münasibətlərin məzmunca zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayıb.

 

Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub.

 

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

 

Görüşdə, həmçinin iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran digər məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

 

***

19:51

Özbəkistanda səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Prezident Şavkat Mirziyoyevlə görüşüb.

 

OXU24.COM xəbər verir ki, tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də qarşıdakı görüş və gündəlikdə duran tədbirləri nəzərdən keçirib.

 

Görüşdə, həmçinin əməkdaşlığın 10 yeni istiqaməti üzrə fikir mübadiləsi aparılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə XİN Fransanın qərarını pislədi
Kupman Azərbaycana gələcək
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO