Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106266
az

Qamətinizə zərər vermədən hər gün yeyə biləcəyiniz YAĞLI QİDA

21:1515 Aprel, 2024
150
CƏMİYYƏT
  • A

Hər gün bir avokado yemək natrium qəbulunuzu azaltmağa və daha sağlam yağlar yeməyə kömək edə bilər.

OXU24.COM  xəbər verir ki, avokado sağlam yağlar və antioksidantlarla zəngindir, lakin yüksək yağ və kalorili olduğuna görə bəziləri kilo almaq qorxusu ilə onlardan qaçırlar. Altı ay davam edən qarın piylənməsi olan 1008 nəfərin iştirak etdiyi təcrübə bu narahatlığın əsassız olduğunu göstərdi.

İştirakçılar iki qrupa bölünüb: bir qrup hər gün avokado yeyib, ikinci qrup isə bu meyvənin istehlakını ayda iki dənəyə qədər məhdudlaşdırıb. Rasionlarına bundan başqa heç bir məhdudiyyət qoyulmayıb. Birinci qrupa, həmçinin avokado əsaslı reseptlər verilib.

Altı ay avokado yeyəndən sonra subyektlərin pəhrizləri sağlam qidalanma vərdişlərinə daha uyğun oldu: onlar daha çox tərəvəz və sağlam yağlar yeməyə başladılar, həmçinin qeyri-sağlam yağların, şəkərin, natriumun və rafinə edilmiş taxılların miqdarını azaldıblar. Bununla belə, subyektlərin çəkisi əhəmiyyətli dərəcədə dəyişməyib. Bu o deməkdir ki, avokado istehlakı çəki və ya qarın yağını nə artırır, nə də azaldır.

Alimlər hesab edirlər ki, burgerə yüksək natriumlu ketçup əlavə etmək əvəzinə, insanlar təzə avokadoya üstünlük versələr, yaxşı olar. Yaxud da səhər yeməyi üçün bir qab rafinə edilmiş taxıl əvəzinə avokado püresini seçə bilərlər.

Nəticələr onu göstərir ki, hər gün avokado yemək sağlamlığınıza və ya bədən görünüşünüzə zərər vermir və pəhrizinizin keyfiyyətini artıra bilər. Alimlər avokado püresini sendviç üzərinə yaxmağı, özünü isə salat souslarına əlavə etməyi və şokoladlı desertlərin hazırlanmasında istifadə etməyi tövsiyə ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Toyuq birinci yaranıb, ya yumurta?" - SİRR BİLİNDİ
Bu insanlar 120 il yaşayırlar, xərçəngə utulmurlar - SİRRLƏRİ - FOTO
Ronaldinyoya Qarabağ xalçası hədiyyə OLUNDU - VİDEO

Ayaqları mavi olan quşun sirri

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Nazim Bəydəmirlinin şikayətinə bu tarixdə baxılacaq