Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105961
az

Məşhur holdinq işçilər axtarır - MAAŞ 2360–2630-3000 MANAT - VAKANSİYALAR

08:1111 Aprel, 2024
112
CƏMİYYƏT
  • A

Ram Holding

Təchizat Şöbəsinin Müdiri
 Son tarix 03 may 2024 [email protected]

Namizədə olan tələblər: 
Ali təhsil (maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür); 
Müvafiq sahə üzrə 5 il iş təcrübəsi(anbardar olaraq təcrübə mütləqdir);
Azərbaycan dili səlis, rus dili və ya ingilis dili əla səviyyədə;
1C proqramını yaxşı səviyyədə bilmək;
MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
Şirkətdə maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsini təmin etmək;
Strukturlarda əsas vəsaitlərin uçotu və hərəkətinin idarə olunması, mal-material anbarlarının işinin təşkil olunmasını təmin etmək;
Mədaxil olunan maddi vəsaitlərin ilkin fiziki inspeksiyası, sayılması və qəbulu, yerləşdirilməsi və ilkin uçotu işinin (qeydiyyatı, kodlanması və etiketlənməsi və uyğunlaşdırılmasının) düzgün, dəqiq və zamanında təşkil edilməsini təmin etmək;
Mal-material qalıqlarının optimal həddə saxlanılması, qənaətli istifadə və optimal sifariş həcmi üzrə metodologiya və prosedurların tətbiq olunmasını təmin etmək;
Əsas vəsaitlərin və mal-material qalıqlarının uçotu və hərəkəti üzrə proqram təminatının istifadəsi, vəsaitlər haqqında ətraflı məlumat bazasının yaradılması və saxlanılması, anbar hərəkətləri üzrə daxili nəzarət qaydaları və prosedurlara uyğun sənəd axışı və hesabatlılıq sisteminin tətbiqini və inkişaf etdirilməsini təmin etmək;
Daxili təminat və sifarşlərin zamanında və düzgün şəkildə təmin edilməsini işini təşkil etmək;
Əsas vəsaitlərin və mal-materialların hərəkəti üzrə uçotun düzgün və zamanında aparılmasını təmin etmək, əsas vəsait reyestri və mal-material qalıqları haqqında uçot məlumatlarının hər zaman düzgün və rallığa uyğun olmasını təmin etmək;
Şirkətlərdə əsas vəsait və anbarların idarə olunması üzrə strukturların formalaşdırılması və inkişaf etdirilməsi, həmçinin həmin strukturlara funksional və metodoloji rəhbərlik etmək və strukturlarda müvafiq prosedur və proseslərin tətbiqini təmin etmək;
Funksiyadaxili inventarizasiyanın mütəmadi olaraq həyata keçirilməsini təmin etmək;
Daxili Nəzarət Departamenti tərəfindən təşkil olunan İnventarizasiya Komissiyasının tərkibində iştirak etmək və dövri inventarizasiya prosesi üçün vəsaitlərin və uçotun hazır vəziyyətə gətirilməsini, həmçinin inventarizasiya üçün funksional dəstəyin təmin olunmasını təşkil etmək;
İstifadəyə yararsız və köhnəlmiş vəsaitlərin, həmçinin iş prosesində yaranmış dəyərli yan-istehsalat məhsullarının realizasiyaya hazır vəziyyətə gətirilməsini təmin etmək və realizasiya prosesində dəstək olmaq;
Müvafiq anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin, həmçinin anbarlama şəraitinin standartlara uyğun olmasını təmin etmək və bununla əlaqədar müvafiq düzəldici, inkişaf etdirici və önləyici təklif, hesablama və təqdimatların rəhbərliyə zamanında təqdim edilməsini təmin etmək;
Mütəmadi olaraq rəhbərlik etdiyi funksiyanın (şirkətlərdəki müvafiq strukturlar da daxil olmaqla) və öz fəaliyyətinə dair rəhbərliyə Performans Hesabatları təqdim etmək.
İş şərtlərimiz:
Əmək haqqı: 2360 – 2630 AZN;
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat şöbəsinin Müdiri” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Baş mühasib
 Son tarix 02 may 2024 -  [email protected]

Namizədə olan tələblər: 
Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür); 
Baş mühasib olaraq ən az 5 il iş təcrübəsi;
Azərbaycan dili səlis, rus dili biliyi yaxşı, ingilis dili orta səviyyədə;
Peşəkar mühasib sertifikatının olması üstünlükdür;
MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
1C (8.3 ERP)  proqramını yüksək səviyyədə bilmək;
Məsuliyyətli, diqqətcil, komandada işləmə bacarığı. 
Vəzifə öhdəlikləri:  
Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün və zamanında əks etdirilməsini, dövriyyə-qalıq cədvəlindəki bütün hesabların və həmin hesablar üzrə əməliyyatların düzgünlüyünü və səlisliyini təmin etmək;
1C ERP proqramında dövrün bağlanması əməliyyatlarının zamanında və düzgün icrasını təmin etmək (iş və xidmətlərin maya dəyərinin hesablanması, xərclərin və gəlirlərin bağlanması, amortizasiyanın hesablanması və s.);
Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər, maliyyə vəziyyəti haqqında hesabat (balans) və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
Vergilərin və digər icbari hesabatların zamanında və düzgün hazırlanması və təqdim edilməsi, həmçinin müvafiq ödənişlərin hesablanması və ödənilməsinə nəzarət etmək;
Müqavilələrin, təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
Müəssisənin mühasibat şöbəsinin əməkdaşlarına rəhbərlik etmək, tabeliyində olan işçilərin işini təşkil etmək və ona nəzarət etmək;
Daxili və xarici audit, vergi yoxlaması və digər yoxlama qurumları tərəfindən təşkil edilən yoxlama və sorğularda iştirak etmək, sorğuların zamanında və düzgün cavablandırılmasını təmin etmək.
İş şərtlərimiz:
Əmək haqqı: 3000 AZN; 
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında). 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kupman Azərbaycana gələcək
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO
Sumqayıtda itkin düşən məktəbli tapılıb