Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105592
az

Burnun böyük və ya kiçik olması ananın yediyi qidalardan asılıdır  - ARAŞDIRMA

22:3005 Aprel, 2024
166
CƏMİYYƏT
  • A

Burnunuzun böyük və ya kiçik olmasının ananızın qidalanmasından asılı olduğunu bilirdinizmi?


 OXU24.COM xəbər verir ki, bu barədə "Nature Communications" jurnalında yayımlanan elmi araşdırmada yazılıb.

Belə ki, araşdırmaçılar hamilə siçanlara və balıqlara fərqli pəhrizlər verərək, nəticəni yoxlayıblar. Tədqiqatçılar bunun heyvanların bətnindəki "mTORC1" siqnalını dəyişdiyini və körpəyə müəyyən üz xüsusiyyətləri verdiyini aşkarlayıblar.

Məlum olub ki, yüksək proteinli pəhrizlər daha qabarıq çənələr və daha qalın burun qığırdaqları fiziki xüsusiyyətlərə təsir göstərir.

Az proteinli qidalar qəbul edən balıq növlərində körpələrin burunlarının daha uzun və nazik olduğu bəlli olub.

Yəni kəllə formasından tutmuş burundakı qığırdaq miqdarına qədər xarici görünüşlərindəki xüsusiyyətlər ananızın sizə hamilə olanda yediyi qidaların növündən asılı olaraq dəyişə bilər.
Hamiləlikdə nə qədər çox protein qəbul etsəniz, "mTORC1" adlandırılan bu genlər daha aktiv hal alır.

Araşdırmaçılar qidalara fikir verməklə körpələrin burun uzunluğunun, burun dəliklərinin genişliyinin, yanaqların formasının və çənə çıxıntısının az da olsa tənzimlənə biləcəyini düşünür. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc