Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105453
az

40-a yaxın məktəbəqədər təhsil müəssisəsinin müdiri işdən çıxarılıb

16:3204 Aprel, 2024
107
CƏMİYYƏT
  • A

Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin bağçalara nəzarət etdiyi aylar ərzində məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər zamanı 40-a yaxın müdir işdən çıxarılıb.

 

Oxu24.com   xəbər verir ki, bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib.


Onun sözlərinə görə, 246 nəfər xəbərdarlıq, töhmət və şiddətli töhmət alıb.

 

O, eyni zamanda, qeyd edib ki, həmin müddət ərzində 450 məktəbəqədər təhsil müəssisəsində qida ilə bağlı monitorinqlər aparılıb:

 

"Qida ilə birbaşa işləyən şəxslər, aşpazlar təlimlərə cəlb edilib".

 

O əlavə edib ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artırılması da əsas hədəflər sırasındadır:

 

"Əvvəl bu hədəf 17 min idisə, artıq 20 minə qədər uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kupman Azərbaycana gələcək
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO
Sumqayıtda itkin düşən məktəbli tapılıb