Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105313
az

Bu şəxslərin vergidən azad olunması təklif edilir

19:4002 Aprel, 2024
81
CƏMİYYƏT
  • A

Sosial haqlar həm də pensiya kapitalı formalaşdırır. Biz bu gün sosial haqlardan azad etdiyimiz insanların pensiya kapitalında azad olunan sosial məbləği konpensasiya etmiriksə, avtomatik olaraq onlar pensiyaya çıxanda daha aşağı pensiya alacaqlar.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, vergidən azad olmalar müsbətdir.

"Biz qeyri-neft və qeyri-dövlət sektorunda çalışanları gəlir vergisindən azad etmişik. Eyni zamanda, dövlət və neft sektorunda çalışanlar gəlir vergisinə cəlb olunub. Məsələn, həm dövlət, həm də qeyri-dövlət səhiyyə müəssisəsi var. Qeyri-dövlət səhiyyə müəssisəsi vergidən azaddır, amma dövlət səhiyyə müəssisəsi vergidən azad deyil.

Bu, müəssisələr arasındakı rəqabəti pozur. Dövlət sektorunda çalışan daha çox, qeyri-dövlətdə çalışan isə daha az vergi ödəyir. Bu, ixtisaslı kadrların cəlb edilməsində çətinlik yaradır. Ona görə də vergidən azadolmalara yenidən baxılması vacibdir. Vergidən azadolmalar mülkiyyət növündən asılı olmayaraq heç bir sektorda rəqabəti pozmalı deyil", - deyə deputat əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan arxivindən şok sənəd - FOTO
Kupman Azərbaycana gələcək
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO