Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104576
az

Uşağınız oruc tutmaq istəyərsə… - İlahiyyatçıdan təfərrüatlar

11:3719 Mart, 2024
162
CƏMİYYƏT
  • A

 

 

Ramazan ayının mənəvi ab-havasını duymuş və islamın əmrlərinə tədricən vərdiş etmiş olarlar
11 ayın sultanı Ramazan ayı bərəkət dolu günləri ilə davam edir. İslam dinində yeniyetmə yaşına çatmamış uşaqların oruc tutması məcburi deyil. Bu ayda bəzən uşaqlar valideynlərinə baxaraq, oruc tutmağa həvəslənirlər. Bəs görəsən, yaşı çatmadığı halda oruc tutmaq istəyən uşaqlara valideynlər necə münasibət göstərməlidirlər?

Mövzu ilə bağlı Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı hacı Gülağa İsmayılov  bildirib ki, həddi-buluğa çatmayan uşaqlara dinimizin heç bir vacib əmirləri fərz olmur: “Oruc tutmaq da dinimizin vacibi hökümlərindən biridir. Yalnız həddi-buluğa çatmış insanlardan tələb olunur. Valideynlər həddi-buluğa çatmayan övladlarını ibadətə təşviq məqsədi ilə erkən yaşlarından vərdiş yaratmaq üçün namaz qılan zaman özləri ilə birgə namaza, oruc tutan zaman öz övladlarını da bu ibadət süfrəsində iştirak etməyə şərait yaratmaları əziz Peyğəmbərimiz və onun pak əhi-beyti tərəfindən tövsiyə olunub. Məsələn həddi-buluğa çatmayan uşaqlar günün müəyyən hissəsini (bacardığı qədər) oruc tutar və acarkən və ya susayarkən orucunu aça bilərlər. Beləliklə uşaqlar da bu ayın mənəvi ab-havasını duymuş və islamın əmrlərinə tədricən vərdiş etmiş olarlar.

OXU24.COM 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil