Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103669
az

Bakı məktəbində DAVA: bloqqer şagirdi döydü

16:3701 Mart, 2024
96
CƏMİYYƏT
  • A

Bakı məktəbində daha bir şagird-valideyn qalmaqalı yaşanıb.

OXU24.COM bidlirir ki, bu barədə Lent.az-a zərərçəkmiş şəxsin valideyni Seymur Musayev məlumat verib.

Onun sözlərinə görə, hadisə paytaxtın Əhmədli qəsəbəsidə yerləşən 287 saylı məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 6-cı sinfində oxuyan T. M. 7-ci sinifdə oxuyan Z.Q. arasında mübahisə yaranıb. S. Musayevin iddiasına görə, Z.Q.-nın anası məktəbə gələrək, hər kəsin gözü qarşısında onun oğluna şiddət göstərib:

"Övladlarımız arasında mübahisə yaranıb. Z.Q-nın anası məktəbə gəlib, uşaqların, müəllimlərin içərisində mənim oğlumun yaxasından tutub, divara çırpıb. Övladımı polisə salmaqla hədələyib. Deyib ki, mən bloqqerəm sizi tutduraram. Uşaq qorxusundan evə gəlib bizə deməyib. Bacısına deyəndən sonra məsələnin üstü açıldı. Məktəbə getməyə qorxurdu. Mən də getdim məktəbə. Qadına dedim ki, övladımın könlünü al. Valideyndi, uşaqların içində pis etmək istəmədim. Amma razılaşmadı. "Mən bloqerəm, nə istəyirsiniz edin. Sizi çəkib biabır edərəm" dedi".

Seymur Musayev bildirib ki, məsələ ilə bağlı polisə müraciət edib:

"Onun elə danışığından sonra 34-cü polis bölməsinə gedərək ərizə yazdım. Daha sonra, "102" xəttinə məlumat verdim. Mənim övladıma belə şiddət göstərməyə onun haqqı yoxdu. Bizi bloqqer olması ilə qorxudur". 

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Lent.az-a bildirdi ki, məsələ ilə bağlı polisə müraciət olunub.

Hazırda ərazi üzrə polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Məsələyə məktəbdən münasibət öyrənmək mümkün olmayıb. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO