Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103051
az

"Qırmızı Ürəklər" Fondunun əməkdaşları Türkiyədə işgüzar səfərdə olublar

13:5819 Fevral, 2024
84
CƏMİYYƏT
  • A

"Qırmızı Ürəklər" Fondunun əməkdaşları Türkiyədə işgüzar səfər çərçivəsində vətəndaş cəmiyyəti institutları ilə əlaqələrini gücləndirmək məqsədilə görüşlər keçirib.

 

Səfər çərçivəsində Fondun prezidenti Sevda Haqverdiyeva və vitse-prezidenti Nihad Salmanlı “Türk Eğitim Vakfı”nın sədri Banu Taşkın, “Ahbap Derneği”nin koordinatoru Gonca Akpınar, “Nef Vakfı”nın sosial xidmətlər üzrə koordinatoru Ercument Arabacı, “Sabancı Vakfı”nın sədri Nevgül Bilsel, “Vehbi Koç Vakfı”nın xüsusi layihələr üzrə meneceri Seçil Kınay, kommunikasiyalar üzrə menecer Çiğdem Toparlak ilə görüşüb.

 

Görüşdə qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb. "Qırmızı Ürəklər" Fondunun əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nəzəri və praktiki bilikləri ilə tanış olublar. Fond nümayəndələrinə Türkiyə daxilində QHT-lərlə işin təşkili, QHT-lərin aid olduqları şirkətlərin göstərdiyi dəstək, ianələrin cəlb edilmə mexanizmi və müstəqil maddi resursların yaradılması haqqında ətraflı məlumat verilib.

 

“Red Hearts” - Qırmızı Ürəklər" Fondu 2019-cu ildə "Kapital Bank" ASC-nin könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.

 

//redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR
Azərbaycanın Əməkdar jurnalisti vəfat edib
İmtahanların saatı dəyişdirildi - İsti havaya görə

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər