Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102838
az

Müəllimlərə ŞAD  XƏBƏR

11:5415 Fevral, 2024
156
CƏMİYYƏT
  • A
Azərbaycanda 32 minə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir. "Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir: "Əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdlərin 64% -ni təşkil edir. Bundan başqa, təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq keçən il 23 mindən çox, 2022-ci ildəkilərə görə isə 9 minə yaxın müəllimin əməkhaqlarına əlavələr tətbiq olunub". Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kupman Azərbaycana gələcək
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO
Sumqayıtda itkin düşən məktəbli tapılıb