Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102771
az

DYP velosiped sürənlərə müraciət edib

09:1414 Fevral, 2024
86
CƏMİYYƏT
  • A
Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsi velosiped sürənlərə müraciət edib. Bu barədə Oxu24.com-a DYP-dən məlumat verilib. Bildirilib ki, velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, onların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində Bakı şəhər DYP İdarəsi tərfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Lakin, təəssüflə qeyd etməliyik ki, bu tip nəqliyyat vasitələrini idarə edən bəzi sürücülər yol hərəkəti, eləcə də təhlükəsizlik qaydalarına səthi yanaşırlar ki, sonda xoşagəlməz hallar baş verir. Belə ki, ötən il ərzində paytaxt ərazisində velosipedçilərinin vurulması ilə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb və qəzalar zamanı 3 nəfər həyatını itirib 1 nəfər isə yaralanıb. Mövcud qanunvericiliyin tələblərinə əsasən velosipedi idarə edən şəxslər xüsusi velosiped zolaqları olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə, mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər. Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə velosipedçilər nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AQTA dönərdən zəhərlənmənin səbəbini açıqladı
Hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq
Dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun