Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102434
az

Sumqayıtda 48 yaşlı kişi yoxa çıxdı

19:2108 Fevral, 2024
114
CƏMİYYƏT
  • A

Sumqayıtda 48 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində yaşayan Rəvan Abdullayev fevralın 4-də polisə məlumat verərək qardaşı 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun “BTZ” bağları ərazisində yerləşən kafelərdən birindən çıxaraq naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib. İtkin düşən şəxsin əlamətləri belədir: boyu 168 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Rüfət Abdullayev sağ və sol əlinin üzərində “Rəvan” və “Sərvan” yazılan döymə var. İtkin düşən zaman onun əynində boz rəngli cins şalvar, qəhvəyi rəngdə gödəkçə, ayağında qara rəngli ayaqqabı, başında papaq olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə 077-591-21-21 və 018-655-76-65 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 


 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gündən tibbi arayışlar elektron formada veriləcək
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA: