Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda zəhərlənmədən 7 nəfər ölüb

Azərbaycanda zəhərlənmədən 7 nəfər ölüb

CƏMİYYƏT

376

05.02.2024, 15:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yanvarda 664 nəfər zəhərlənib.

Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.

"Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir", - qurumdan bildirilib.

Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib: "Onlardan 6-sı kişi, 1-i qadın olub".