Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102174
az

Kamaləddin Qafarov: “Avropa ölkəmizlə əməkdaşlıqda maraqlıdır”

16:1405 Fevral, 2024
154
CƏMİYYƏT
  • A

"Bildiyimiz kimi, fevralın 1-də Azərbaycan Prezidenti  İlham Əiyev Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqu qəbul etmişdir. PAİ Baş katibinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına öz təbriklərini çatdırması Qərbin son vaxtlar yaşanan məlum gərginliklərə rəğmən, ölkəmizlə əməkdaşlığın davam etdirilməsinin vacibliyini düzgün qiymətləndirdiyini deməyə əsas verir. Azərbaycan isə, hər zaman sülhün və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub. Bu vacib məqam  Prezident İlham Əliyevin qəbul zamanı etdiyi çıxışında bir daha aydın şəkildə öz əksini tapıb". Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki,  ölkəmiz məhz sülh və inkişaf tərəfdarı olduğundan 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra regionda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edib və Ermənistanla sülh müqaviləsinin imzalanması təklifini irəli sürüb. "Təəssüflər olsun ki, Ermənistan bu təklifə adekvat cavab vermədi. Son dövrlərdə cərəyan edən hadisələr isə belə deməyə əsas verir ki, rəsmi İrəvanın bu cür qeyri-konstruktiv mövqe tutmasının əsas səbəblərindən biri də məhz bəzi Avropa ölkələrinin bilavasitə təsiri və təhriki olub. Xüsusilə Fransanın bu məsələlərə müdaxiləsi iki Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin normallaşmasına qətiyyən xidmət etmir.  Fransanın Ermənistanın silahlandırılması istiqamətində atdığı addımlar isə  bu ölkənin Cənubi Qafqaz regionunda aparıcı mövqelərə sahib olmaq siyasətinin reallaşdırılması məqsədini güdür. Lakin bu regionda Azərbaycan xalqının və dövlətinin maraqlarına zidd heç bir siyasət həyata keçirilə bilməz. Möhtərəm cənab Prezidentimiz bunu bütün beynəlxalq platformalardan dəfələrlə bəyan edib və dövlət başçımızın dediyi bütün sözlər də hər dəfə atılan real əməli addımlarla, görülən effektiv tədbirlərlə öz təsdiqini tapıb."      

K.Qafarov bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tərəflərin atmalı olduğu addımların Prezident İlham Əliyev tərəfindən qeyd olunması, ölkəmizin münasibətlərin normallaşmasında maraqlı olduğunu bir daha təsdiq edir: "Hər zaman olduğu kimi, dövlət başçımızın bu çıxışında da obyektiv açıqlamalar və konstruktiv təkliflər yer almışdır.  Azərbaycan ilə Ermənistan sərhəddində artıq uzun müddətdir ki, sülh şəraitinin hökm sürməsi iki ölkə arasında sülh sazişinin imzalanmasının əslində elə bir çətin məsələ olmadığını deməyə əsas verir. Sadəcə bunun üçün bəzi xarici qüvvələrin prosesə müdaxiləsinin qarşısı alınmalıdır və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.  Prezident İlham Əliyev öz çıxışında belə bir məqamı da vurğuladı ki, iki ölkə arasında dayanıqlı sülhə nail olunması üçün Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində müəyyən  dəyişikliklər edilməlidir. Çünki bu ölkənin müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar Ermənistanın Konstitusiyasında da öz əksini tapıb. Bu baxımdan  Prezident İlham Əliyev hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanmasını müsbət addım kimi qiymətləndirib" .

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vüqar Qurbanov xanım həkimə VƏZİFƏ VERDİ
Günün qoroskopu: maraqlı insanla tanış olacaqsız
Ermənistanda dəhşətli partlayış: xəsarət alanlar var

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
62 yaşlı kişi sirkə turşusu içərək intihar etdi