Tovuza dolu düşüb - Video
23 Sentyabr 2026, 01:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
417
03.02.2024, 20:59
Bədxassəli ürək xərçəngi angiosarkoma ən çox 45 yaş və yuxarı kişilərdə diaqnoz qoyulur və xəstəlik uzun müddət simptomsuz keçir. Bu barədə Rusiya Federal Klinik Tədqiqat Mərkəzinin onkoloqu İrina Oleynikova məlumat verib.
OXU24.COM bildirir ki, "Ürəyin angiosarkoması miokard toxumasında inkişaf edən bədxassəli yenitörəmə növlərindən biridir. Endotel hüceyrələrindən əmələ gəlir və bir qayda olaraq sağ atrium və perikarda təsir göstərir. Çox vaxt patoloji 45 yaşdan yuxarı kişilərdə diaqnoz qoyulur", - Oleynikova bildirib.
Həkim əlavə edib ki, angiosarkoma nadir xəstəlikdir, qeydə alınan ürək-damar xəstəliklərinin ümumi nisbətində bu, 0,2% təşkil edir.
Xəstəlik əksərən gec mərhələlərdə diaqnoz qoyulur, çünki uzun müddət simptomsuz keçir və exokardioqrafiyadan keçən zaman kiçik şişlər görünməyə bilər. Bəzən isə xəstəliyin simptomların qeyri-spesifikliyi səbəbindən tamamilə fərqli xəstəliklərə aid edilir. Tipik olaraq, xəstələr qolların və ayaqların şişməsindən, qarnın böyüməsindən, boyun damarlarının şişməsindən, nəfəs darlığından, taxikardiyadan, yüksək təzyiqdən, şiddətli zəiflikdən və gündəlik fiziki fəaliyyətləri yerinə yetirməkdə çətinlikdən (sürətli yerimə, pilləkənlərə qalxma), ürək ağrısından, başgicəllənmədən şikayət edirlər.
"Angiosarkomanın dəqiq səbəbləri müəyyən edilməyib. Bununla belə, xəstəliyin inkişafında genetik faktorların iştirak etdiyi güman olunur. Ona görə də, əgər birinci dərəcəli qohumlarında angiosarkoma aşkarlanıbsa, xəstə 25-30 yaşından etibarən kardioloqun nəzarətində olmalı və daha tez-tez ürək müayinəsindən keçməlidir", - deyə onkoloq yekunlaşdırıb.
01:29 / 23 Sentyabr 2026
129
01:24 / 23 Sentyabr 2026
82
01:20 / 23 Sentyabr 2026
71
01:13 / 23 Sentyabr 2026
80
00:15 / 23 Sentyabr 2026
75
00:14 / 23 Sentyabr 2026
99
23:57 / 22 Sentyabr 2026
837
23:56 / 22 Sentyabr 2026
82
23:42 / 22 Sentyabr 2026
73
23:24 / 22 Sentyabr 2026
97
22:54 / 22 Sentyabr 2026
80
22:39 / 22 Sentyabr 2026
89
22:34 / 22 Sentyabr 2026
75
22:15 / 22 Sentyabr 2026
77
21:43 / 22 Sentyabr 2026
73
21:29 / 22 Sentyabr 2026
81
21:19 / 22 Sentyabr 2026
90
21:10 / 22 Sentyabr 2026
84
21:00 / 22 Sentyabr 2026
86
20:55 / 22 Sentyabr 2026
90
20:39 / 22 Sentyabr 2026
93
20:37 / 22 Sentyabr 2026
1099
20:15 / 22 Sentyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.