Qaynar xətt:

(+99450) 247 90 86

​​​​​​​Sumqayıtda yanğında ana və övladları tüstüdən zəhərlənib

​​​​​​​Sumqayıtda yanğında ana və övladları tüstüdən zəhərlənib

CƏMİYYƏT

315

01.02.2024, 08:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıt şəhərində yerləşən mənzillərin birində baş verən yanğında ana və övladları tüstüdən zəhərlənib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 8-ci mikrorayon adlanan ərazisində baş verib. Belə ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.
Nəticədə 1996-cı il təvəllüdlü Heydərova Nuranə Zahid qızı və onun iki övladı - 2015-ci il təvəllüdlü Cəbrayılov Nihad İbrahim oğlu və 2018-ci il təvəllüdlü Cəbrayılov Renat İbrahim oğlu yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.