Bu məsələ Milli Məclisdə qaldırılacaq
23 Sentyabr 2026, 12:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
341
29.01.2024, 16:40
“Birbank” komandası Azərbaycan çempionu oldu
Kapital Bank-ın maliyyə tərəfdaşı olduğu “Breyn Rinq” televiziya layihəsinin 22-ci mövsümü yekunlaşıb. Gənclərin bilik yarışı ilə sınağa çəkildiyi layihənin qalibi və ölkə çempionu adına “Birbank” komandası layiq görülüb.
Hər həftənin bazar günü İctimai Televiziyada yayımlanan layihədə 10 şəhər və 7 universiteti, eləcə də sponsorları təmsil edən 20 komanda çempionluq uğrunda yarışıb. 2023-cü ilin mart ayında start götürən yeni mövsümdə 2 mərhələ oynanılıb. Şərtlərə görə 1-ci mövsümdə “Bilik” kubokunun, 2-ci mövsümdə isə “Nar” kubokunun sahibi bəlli olub. Ötən gün isə “Bilik” və “Nar” kubokunun qalibi olan 2 komanda Azərbaycan çempionu titulu uğrunda mübarizə aparıb.
Xatırladaq ki, layihədə Kapital Bank-ı Azərbaycanın məşhur idman şərhçilərindən ibarət “Birbank” komandası təmsil edirdi. Komandada Gündüz Abbaszadə, Rüstəm Fətəliyev, Süleyman Vəliyev, Şəmsəddin Abbasov, Əhməd Əliyev kimi idman jurnalistləri ilə yanaşı Bakı Ali Neft Məktəbinin tələbəsi Həsən Abbaslı yer alırdı.
Qeyd edək ki, Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Ölkənin birinci bankı eyni zamanda “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün—//kbl.az/prgtk, Birbank kartı sifarişi üçün—//kbl.az/prcrc.
13:23 / 23 Sentyabr 2026
18
13:15 / 23 Sentyabr 2026
30
13:10 / 23 Sentyabr 2026
25
13:05 / 23 Sentyabr 2026
25
13:00 / 23 Sentyabr 2026
28
12:55 / 23 Sentyabr 2026
30
12:43 / 23 Sentyabr 2026
54
12:32 / 23 Sentyabr 2026
57
12:29 / 23 Sentyabr 2026
41
12:23 / 23 Sentyabr 2026
106
12:20 / 23 Sentyabr 2026
44
12:17 / 23 Sentyabr 2026
161
12:10 / 23 Sentyabr 2026
53
11:59 / 23 Sentyabr 2026
92
11:57 / 23 Sentyabr 2026
55
11:51 / 23 Sentyabr 2026
53
11:43 / 23 Sentyabr 2026
70
11:42 / 23 Sentyabr 2026
50
11:40 / 23 Sentyabr 2026
43
11:35 / 23 Sentyabr 2026
72
11:35 / 23 Sentyabr 2026
68
11:26 / 23 Sentyabr 2026
1649
11:22 / 23 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.