Nazirlikdəki vəzifəsini itirdi - FOTO
28 Noyabr 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
478
31.01.2024, 16:36
“Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirildi
Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə risk mütəxəssisləri üçün “Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirildi. Tədbir Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə baş tutdu. Seminarın təşkil olunmasında məqsəd ölkəmizdə risk sahəsində çalışan mütəxəssislər arasında şəbəkələşməni artırmaq, təcrübə mübadiləsini həyata keçirmək və risk sahəsində beynəlxlaq təcrübə ilə tanış olmaq idi.
50-dən çox iştirakçının qoşulduğu seminarda beynəlxalq spiker qismində ING Bank Hollandiyanın Validasiya şöbəsinin rəhbəri Özgür Çetiner iştirak etdi. ABŞ, Almaniya, Türkiyə, Kanada kimi ölkələrdə risk modelləri ilə bağlı 20 ildən çox təcrübəyə sahib olan Özgür Çetiner “Maşın öyrənilməsi (“Machine learning”) modelərinin pərakəndə kreditləşmə üzrə tətbiqi”, eləcə də “Texnoloji yeniliklər və maşın öyrənilməsi modellərindən istifadə etməklə kreditlərin idarə edilməsi” mövzusunda təcrübələrini bölüşdü.
Seminarın digər eksperti isə Kapital Bank-ın Kredit Riskləri Ekspert Mərkəzinin lideri Nihad Hüseynzadə idi. Bank sekorunda 10 ilə yaxın təcrübəyə sahib olan Nihad Hüseynzadə iştirakçılarla “Yeni texnologiyalardan və kredit risk modellərindən istifadə edilməklə kredit risklərinin idarə edilməsi”, “Agile mühitdə kredit risklərinin idarə edilməsi” mövzusunda biliklərini bölüşdü.
Mütəmadi olaraq “Yeni texnologiyaların tətbiqi”, “Data analizin gücü ilə müştəri təcrübəsinin idarə edilməsi”, “Verilənlər bazasının idarə edilməsi”, “Yüksək dayanıqlı məlumat bazalarının idarə edilməsi” kimi mövzularda seminar və tədbirlər həyata keçirən Kapital Bank-ın məqsədi bu kimi layihələrlə müasir texnologiyaların tətbiqi və rəqəmsal sahədə çalışan şəxsləri bir araya gətirmək, onlar arasında təcrübə mübadiləsi və şəbəkələşməni artırmaqdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az
saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
20:16 / 28 Noyabr 2026
1
20:04 / 28 Noyabr 2026
48
19:43 / 28 Noyabr 2026
71
19:36 / 28 Noyabr 2026
78
19:20 / 28 Noyabr 2026
82
19:08 / 28 Noyabr 2026
92
18:59 / 28 Noyabr 2026
110
18:48 / 28 Noyabr 2026
93
18:35 / 28 Noyabr 2026
96
18:30 / 28 Noyabr 2026
99
18:16 / 28 Noyabr 2026
122
17:43 / 28 Noyabr 2026
118
16:40 / 28 Noyabr 2026
161
16:35 / 28 Noyabr 2026
137
16:07 / 28 Noyabr 2026
140
15:49 / 28 Noyabr 2026
599
15:41 / 28 Noyabr 2026
227
15:07 / 28 Noyabr 2026
233
14:55 / 28 Noyabr 2026
171
14:38 / 28 Noyabr 2026
321
14:09 / 28 Noyabr 2026
206
13:52 / 28 Noyabr 2026
916
13:22 / 28 Noyabr 2026
1344
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.