Bu məsələ Milli Məclisdə qaldırılacaq
23 Sentyabr 2026, 12:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
614
29.01.2024, 17:48
Yayılan məlumatlara görə, əhaliyə xəbərdarlıq edilərək hamam otaqlarında qazla işləyən su qızdırıcılarının istifadəsinin qarşısı alınır. Hətta bir sıra mənzillərdə qaz xətləri möhürlənib və su qızıdırıcılarına qazın verilişi dayandırılıb
Məsələ ilə bağlı Trend-ə açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov bildirib ki, mövcud qanunvericiliyə görə, Azərbaycanda hamam otağında heç bir halda su qızdırıcısından istifadə etmək olmaz.
"2009-cu ildə qüvvəyə minmiş "Qaz təchizatı. Layihələndirmə normaları"na əsasən, su qızdırıcı cihazların vanna otaqlarına qoyulmasına yol verilmir.
Qanunda qeyd olunub ki, əvəllər qüvvədə olan normalara uyğun olaraq, vanna otaqlarında yerləşdirilmiş su qızdırıcılarının evdə və ya qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən vanna otaqlarından çıxarılıb mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməsi, hər bir konkret halda, yerli qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir.
Qanunun qəbulundan əvvəl vanna otaqlarında yerləşdirilən su qızdırıcıları qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməlidir".
İ.Behbudov bildirib ki, Nazirlər Kabinetinin 2023-cü il tarixli, 215 saylı qərarı var.
"Həmin qərara əsasən, qazpaylayıcı tərəfindən ildə bir dəfə yoxlama aparılmalıdır. Qərarın 8-ci bəndinə əsasən, aparılan yoxlamalar zamanı nöqsanlar aşkar olunarsa, çatışmazlığın aradan qaldırılması üçün abonentə bir aydan çox olmayan möhlət verilir. Əgər nöqsanlar aradan qaldırılmazsa, bizim tərəfimizdən həmin cihaza gedən qazın təminatı dayandırıla bilər.
Yanvar ayından etibarən yoxlamalar aparılır, normaları pozan vətəndaşlara müvafiq xəbərdarlıq edilir", - deyə o əlavə edib.
Qeyd edək ki, hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilir.
12:43 / 23 Sentyabr 2026
1
12:32 / 23 Sentyabr 2026
21
12:29 / 23 Sentyabr 2026
25
12:23 / 23 Sentyabr 2026
72
12:20 / 23 Sentyabr 2026
30
12:17 / 23 Sentyabr 2026
96
12:10 / 23 Sentyabr 2026
39
11:59 / 23 Sentyabr 2026
47
11:57 / 23 Sentyabr 2026
41
11:51 / 23 Sentyabr 2026
43
11:43 / 23 Sentyabr 2026
62
11:42 / 23 Sentyabr 2026
44
11:40 / 23 Sentyabr 2026
37
11:35 / 23 Sentyabr 2026
60
11:35 / 23 Sentyabr 2026
59
11:26 / 23 Sentyabr 2026
1341
11:22 / 23 Sentyabr 2026
61
11:18 / 23 Sentyabr 2026
52
11:11 / 23 Sentyabr 2026
69
11:06 / 23 Sentyabr 2026
73
11:00 / 23 Sentyabr 2026
63
10:56 / 23 Sentyabr 2026
61
10:51 / 23 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.