Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
23 Sentyabr 2026, 14:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
485
28.01.2024, 21:11
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 114 min 817 kiloqram sikkə gətirilib.
Ölkəyə daxil olan sikkələrin 84,4%-i Almaniyadan, 15,6%-i isə Türkiyədən gətirilib.
Qeyd edək ki, gətirilən sikkələr ölkə daxilində mübadilə vasitəsi kimi istifadə edilən pul vahidləridir (Gömrük kodu 711890).
Almaniyadan gətirilən 96 min 973 kiloqram sikkə üçün 5 milyon 845 min dollar ödənilib. Bu isə o deməkdir ki, 1 qram sikkənin orta gömrük dəyəri 6 sent və ya mövcud məzənnə ilə 10 qəpik olub.
Türkiyədən gətirilən 17 min 945 kiloqram sikkə üçün isə 1 milyon 263 min dollar ödənilib. Nəticədə Türkiyədən gətirilən 1 qram sikkənin orta gömrük dəyəri 7 sent və ya mövcud məzənnə ilə 12 qəpik olub.
Məlumat üçün bildrək ki, hazırda Azərbaycanda nominal dəyəri 1, 3, 5, 10, 20 və 50 qəpik olan 6 sikkədən istifadə olunur.
Qeyd edək ki, 1 qəpiyin kütləsi 2,8, 3 qəpiyin kütləsi 3,45, 5 qəpiyin kütləsi 4,85, 10 qəpiyin kütləsi 5,25, 20 qəpiyin kütləsi 6,6, 50 qəpiyin kütləsi isə 7,7 qram təşkil edir. Qəpiklərin orta çəkisi 5,1 qrama bərabərdir.
Əgər bu il ölkəyə gətirilən sikkələrin 1 qramının orta gömrük dəyəri 11 qəpiyə bərabərdisə, bu o deməkdir ki, Azərbaycanda qəpiklərin dəyəri orta hesabla 56,1 qəpik olub.
Onu da bildirək ki, qəpiklər müxtəlif maretallardan hazırlanırlar. 1, 3 və 5 qəpiklər mis və poladdan, 10, 20 və 50 qəpiklər isə bürünc və poladdan hazırlanırlar.
Bu səbəbdən qəpiklərin maya dəyəri əsasən onun nominal dəyərindən asılı olaraq dəyişir. Bu il ölkəyə gətirilən sikkələrin (qəpiklərin) 1 qramının orta gömrük dəyəri 11 qəpik olubsa, ötən il 2,5 qəpik olub.
14:35 / 23 Sentyabr 2026
1
14:32 / 23 Sentyabr 2026
13
14:19 / 23 Sentyabr 2026
166
14:15 / 23 Sentyabr 2026
35
14:05 / 23 Sentyabr 2026
35
14:01 / 23 Sentyabr 2026
80
13:43 / 23 Sentyabr 2026
63
13:40 / 23 Sentyabr 2026
42
13:35 / 23 Sentyabr 2026
133
13:23 / 23 Sentyabr 2026
55
13:15 / 23 Sentyabr 2026
56
13:10 / 23 Sentyabr 2026
657
13:05 / 23 Sentyabr 2026
53
13:00 / 23 Sentyabr 2026
45
12:55 / 23 Sentyabr 2026
47
12:43 / 23 Sentyabr 2026
71
12:32 / 23 Sentyabr 2026
89
12:29 / 23 Sentyabr 2026
48
12:23 / 23 Sentyabr 2026
147
12:20 / 23 Sentyabr 2026
55
12:17 / 23 Sentyabr 2026
199
12:10 / 23 Sentyabr 2026
63
11:59 / 23 Sentyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.