Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101674
az

“Dərs keçdiyim zaman məni videoya çəkib paylaşır”

17:1125 Yanvar, 2024
89
CƏMİYYƏT
  • A
Qax rayonunda sevdiyi qadını izləyən 42 yaşlı kişi məsuliyyətə cəlb edilib.
 
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, rayon məhkəməsində kəndlərdən birinin sakini olan Hamlet Həşimov (ad-soyad şərtidir) barəsindəki inzibati protokola baxılıb.
 
İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə tərtib edilmiş protokola əsasən, H.Həşimov Qax şəhər sakini olan A.Quliyeva (şərti) və anasını küçədə söyərək təhqir etməklə ictimai qaydaları pozub.
 
Zərərçəkmiş şəxs qismində tanınan A.Quliyeva isə Hamletin uzun müddətdir onu narahat etdiyini deyib: "Artıq 5 ildir ki, məni narahat edir. Mən məktəbdə müəllim işləyirəm. O məni məktəbdə, yolda, hətta yaşadığım evdə dinc qoymur. Gecələr həyətimizə gəlir, məktəbdə dərs keçdiyim zaman gəlib pəncərədən məni videoya çəkir, çəkdiyi videoları sosial şəbəkələrdə paylaşır. Xahiş edirəm, tədbir görülsün".
 
Barəsində protokol tərtib edilən 42 yaşlı kişi isə heç bir qayda pozuntusuna yol vermədiyini düşündüyünü bildirib: "2018-ci ildən bu günədək A.Quliyevanı sevirəm, onunla ailə qurmaq niyyətindəyəm. Hadisə günü küçədə A.Quliyeva və anası ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı anası taxta ilə məni vurdu. Xahiş edirəm, mənə köməklik göstərilsin".
 
Qax Rayon Məhkəməsi ikinci qrup əlil olan H.Həşimovu 50 manat cərimə edərək sərbəst buraxıb.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Özünü restoranın həyətində asdı