Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100795
az

Risklər artır, ərzaq bahalaşacaq – DB hesabat yaydı

09:4710 Yanvar, 2024
100
CƏMİYYƏT
  • A

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi dünyada geosiyasi riskləri artırıb və onun daha da genişlənməsi enerji daşıyıcılarının qiymətlərinin artmasına və qlobal aktivlik və inflyasiya üçün böyük mənfi nəticələrə gətirib çıxara bilər.

OXU24.COM  bildirir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.

"Yaxın Şərqdə baş verən son münaqişə... geosiyasi riskləri artırıb. Münaqişənin artması enerji qiymətlərinin artmasına gətirib çıxara bilər ki, bu da qlobal aktivliyə və inflyasiyaya böyük təsir göstərə bilər", - hesabatda deyilir.
 

Qeyd olunur ki, enerji qiymətlərinin artması istehsal və çatdırılma xərclərinə də təsir edəcək və bu da ərzaq və digər malların bahalaşmasına səbəb olacaq.

Dünya Bankı əlavə edib ki, qlobal iqtisadiyyat hələ də son illərin şoklarının - koronavirus pandemiyası, artan inflyasiya və qlobal monetar şərtlərin kəskin sərtləşməsi və s. - uzunmüddətli təsirlərini yaşamaqda davam edir.

Qlobal iqtisadiyyat üçün əlavə risklər sırasına yüksək faiz dərəcələri, davamlı inflyasiya, Çinin zəif artımı, ticarətin parçalanması və iqlim dəyişikliyinin təsirləri səbəbindən maliyyə şərtlərinin pisləşməsi daxildir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO