Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100655
az

Qəhvənin daha bir faydası tapıldı: Görün siçanlarda nəyi inkişaf etdirib

13:2207 Yanvar, 2024
118
CƏMİYYƏT
  • A

Yapon alimləri dünyanın ən məşhur içkilərindən birinin daha bir faydalı xüsusiyyətini aşkar ediblər.

OXU24.COM xəbər verir ki, “Springer” portalının məlumatına görə, qəhvənin müntəzəm istifadəsi yaddaşı və diqqəti yaxşılaşdıra bilər.

Qeyd olunub ki, Tsukuba Universitetinin tədqiqatçıları siçanlar üzərində bir araşdırma aparıblar. 30 gün ərzində heyvanlara qəhvə, fenugreek və yapon turpunda olan triqonelin maddəsi verilib. Daha sonra gəmiricilər Morris labirintinə buraxılıb və burada onların yaddaş qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığı məlum olub.

Mütəxəssislər müəyyən ediblər ki, bu alkaloidin müntəzəm istifadəsi bu birləşmənin beyində qan dövranına faydalı təsir göstərməsi, yeni neyronların böyüməsini stimullaşdırması və onlar arasında əlaqəni yaxşılaşdırması nəticəsində koqnitiv funksiyaların yaxşılaşmasına səbəb olur. Odur ki, alimlər səhərlər bir fincan qəhvədən imtina etməməyi tövsiyə ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO