Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qadının arxasına əl vuran şəxs görün kimdir - POLİS AÇIQLADI+VİDEO

Bakıda qadının arxasına əl vuran şəxs görün kimdir - POLİS AÇIQLADI+VİDEO

ŞƏRHSİZ

1581

08.06.2022, 23:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Nərimanov rayonu ərazisində qadına qarşı qeyri-etik hərəkətlər edən şəxs müəyyən olunub.

Bu barədə Oxu24.com-un  sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Nərimanov RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Rasim Səfərov polis orqanına dəvət olunaraq araşdırmalar aparılıb:

"Araşdırmalarla məlum olub ki, R.Səfərovun üçüncü qrup əlilliyi var, nevroloji xəstəliklərin daşıyıcısıdır. İctimai yerdə olan hərkətlərlə bağlı onun ailə üzvləri məlumatlandırılmaqla izahat işləri aparılıb".

Qeyd edək ki, ötən gün “Gənclik” metrostansiyası yaxınlığında qadına qarşı əxlaqsız hərəkət edən gəncin döyülməsinin görüntüləri yayılmışdı. Belə ki, hadisə vaxtı qadın yolda gedərkən bir nəfər onun paltarını qaldırıb. Həmin şəxs ətrafdakı insanların sərt reaksiyası ilə üzləşib və döyülüb. Bundan sonra o qaçaraq ərazidən uzaqlaşıb.