Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61374
az

Kişi arvadı pomidor almağa göndərib sevgilisini evə çağırdı: “Gördüm, dörd ayaq var”

18:3818 Noyabr, 2021
538
  • A

Tovuz rayonunda 1986-cı il təvəllüdlü Malik Məmmədalıyev həyat yoldaşı Rəqsanə Məmmədovanı öldürüb.

Malik 7 avqust 2020-ci ildə saat 21:30-da Tovuz rayonu Aşağı Quşçu kəndində evinə qayıdarkən faktiki nikahda olduğu Rəqsanənin ona xəyanət etməsindən şübhələnib.

Bunu dəqiqləşdirmək məqsədilə evin həyətyanı sahəsinə arxa hissədən girib, Rəqsanəni qonşuluqda yaşayan Rasimlə həyətdə səmimi söhbət etdiyini görüb.

Bundan əsəbiləşən Malik onlara doğru gedib. Rasim xoşagəlməz hadisə olacağından ehtiyatlanaraq oradan qaçıb. Malik Rəqsanə ilə yaşadığı evin dəhlizinə gedib. Rəqsanənin Rasimlə münasibətini aydınlaşdırarkən mübahisə yaranıb.

Malik əvvəlcə Rəqsanəyə əlləri ilə vurub, sonra mətbəxdən götürdüyü bıçaqla bel nahiyəsinə ardıcıl zərbələr endirib.

Bundan sonra əməlindən səmimi peşmanlıq hissi keçirib və Rəqsanəyə ixtisaslaşmış tibbi yardım lazım olduğunu görüb. Dərhal Səhiyyə Nazirliyinin "103” xidmət mərkəzinə zəng edib və təcili tibbi yardım briqadası çağırıb.

Ağır xəsarət alan Rəqsanə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, avqustun 8-də dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən Malikin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Malik elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2007-ci ildə Rəqsanə ilə ailə həyatı qurub:

"Nikahla bağlı qeydiyyat şöbəsinə müraciət etməmişik. Birgə evliliyimizdən 2 övladımız var. Biri qız, biri oğlandır. Evləndikdən sonra atama məxsus evdə yaşamışıq. Həmin vaxt ər-arvad münasibətlərimiz normal olub”.

Malikin sözlərinə görə, təxminən 2009-cu ildə hazırda Tovuz rayonu Aşağı Quşçu kəndində yaşadıqları, hadisənin baş verdiyi evə köçüblər:

"Bundan sonra ailəmi fəhləlik edərək, istixanalarda, əkin sahələrində muzdla işləyərək maddi cəhətdən təmin etmişəm.

Bundan başqa mərhum Rəqsanə həyətdə tikdiyim ərzaq mağazasında işləyib. Birgə təsərrüfatla ailəmizi dolandırmışıq. Övladlarımız Tovuz rayonu Aşağı Quşçu kənd tam orta məktəbində oxuyublar.

Son vaxtlar Rəqsanə ilə ər-arvad münasibətlərimizdə soyuqluq yaranmışdı. Onunla bu barədə söhbətləşərək niyə mənə soyuq davrandığını, soyuq davranma səbəbinin nə olduğunu öyrənmək istəmişəm. Rəqsanə mənimlə yaşamaq istəmədiyini, ayrılmaq istədiyini bildirdi. Bunun səbəbini soruşduqda, qonşumuz Rasimi onun adına çıxartdığımı, yəni onunla münasibəti olmasında günahlandırdığımı bildirdi. Biz dəfələrlə bu barədə mübahisə və münaqişə etmişik”.

Malik qeyd edib ki, təxminən 14 iyul 2020-ci ildə, axşam saat 20 radələrində aralarında ailə-məişət zəminində mübahisə yaranıb:

"Rəqsanəyə bir-iki şillə vurdum. Buna görə DİN-in "102” xidmətinə zəng etdi. Biz birlikdə Tovuz Rayon Polis Şöbəsinə gedərək hadisə ilə bağlı izahat verdik. Bundan sonra ayrılmaq qərarına gəldik.

Dəfələrlə Rəqsanə ilə aliment əvəzinə evin onda qalması ilə bağlı razılaşmışıq. Razılaşdığımız üçün ayrıldıq. Təxminən dörd gün atama məxsus evdə qaldım. Atam məndən nə baş verdiyini soruşduqda, ona Rəqsanə ilə ayrıldığımı bildirdim. Lakin bir müddət sonra, təxminən iyulun 18-də uşaqlara görə barışdıq. Bundan sonra münasibətlərimiz düzəldi. Bu müddət ərzində heç bir dava-dalaş, soyuqluq olmadı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, avqustun 7-də bütün gün evdə olub, öz işlərini görüb:

"Həmin gün axşam saat 20:00-da Rəqsanə mənə pomidor turşusu bağlayacağını bildirdi. Mənə atamgildən 10 kiloqram pomidor gətirmək lazım olduğunu dedi. Yaşadığımız evdən təxminən 10 kilometr uzaq olan atama məxsus evə getdim. Pomidoru sahədən təxminən 5-10 dəqiqəyə yığaraq evə qayıtdım.

Rəqsanənin gecə vaxtı pomidor yığmağa göndərdiyi üçün onun məni evdən uzaqlaşdıraraq kiminləsə görüşəcəyindən şübhələndim. Buna görə piyada tez evə qayıtdım. Yaşadığım evə qayıtmağım təxminən 25-30 dəqiqə çəkdi.

Evə qayıdanda saat 22:30 idi. Şübhələndiyim üçün evin arxa tərəfindən həyətə keçdim. Həyətdə başqa adamın olub-olmadığını yoxlamaq istədim. Bir qədər həyətin içərisinə irəlilədikdə dörd ayaq gördüm. Rasim Rəqsanə ilə mehriban söhbət edirdi.

Onları gördükdən sonra Rasimin üstünə yeridim və yumruqla onu vurmaq istədim. Lakin atdığım yumruq divara dəydi. Rasim həyətdən çölə qaçdı”.

Malik ifadəsində bildirib ki, Rəqsanədən nə baş verdiyini soruşub:

"Rasimin gecə vaxtı onunla nə etdiyini öyrənmək istədim. Rəqsanə mənə Rasimin onu divara qısnadığını, onun heç bir günahı olmadığını dedi. Buna görə Rəqsanəni Rasimin evinə apardım. Lakin Rasimi evdə tapa bilmədik.

Bundan sonra evə qayıtdıq, ondan Rasimlə gecə vaxtı mehribancasına söhbət etməsinin səbəbini soruşdum. Sabah bu məsələyə aydınlıq gətirəcəyimi dedim.

Yenidən Rəqsanədən Rasimlə nə işi olduğunu, aralarında sevgi münasibəti olub-olmadığını soruşdum. Əsəbi olduğum üçün onun üz nahiyəsinə iki şillə vurdum. Rəqsanə qabağımdan keçəndə stolun üzərində olan bıçağı götürərək onun kürək nahiyəsindən iki zərbə vurdum. Rəqsanə səndələdi. Mənə çönərək "məni bıçaqla vurdun?” dedi.

Bıçaqla Rəqsanəni vurduqda uşaqlar o biri otaqda televizora baxırdılar. Onlar Rəqsanəni bıçaqla vurmağımı görmədilər”.

Malikin ifadəsinə görə, Rəqsanəyə bıçaqla xəsarət yetirdikdən sonra onu qapı qonşusu Vidadinin evinə aparıb:

"Orada təcili tibbi yardıma zəng etdik. Təcili tibbi yardımın nə qədər vaxta gəldiyini xatırlamıram. Təcili tibbi yardım briqadası Rəqsanəni xəstəxanaya apardı. Mən də Rəqsanə ilə birlikdə xəstəxanaya getdim.

Bir qədər sonra Rəqsanəni bıçaqlanmağımla bağlı polis əməkdaşlarına məlumat daxil olduğundan izahatımı almaq üçün gəldilər. Polis əməkdaşlarına hadisəni törətdiyimi bildirdim.

Mənim Rəqsanəyə bıçaqla xəsarət yetirməkdə məqsədim onu öldürmək olmayıb. Rəqsanəni öldürmək istəsəydim, buna kifayət qədər imkanım vardı. Qarşımı kəsən yox idi. Sadəcə Rəqsanənin xəyanət etməsi mənə çox pis təsir etmişdi. Ondan qisas almaq istədim. Əməlimdən səmimi peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində atası tanınıb. Hüquqi varis qeyd edib ki, qızı Rəqsanə Maliklə ailə qurundan sonra bir müddət atası evində yaşayıb:

"Təxminən 2007-ci ildən Aşağı Quşçu kəndində Çiçək adlı qadının evində kirayədə yaşadılar. Həmin evdə 3 ay kirayədə yaşadıqdan sonra qızım Rəqsanə Malikdən ayrılaraq öz evimizə qayıtdı, anası ilə birlikdə yaşadı. 2008-ci ildə Malik və Rəqsanə yenidən barışdılar.

Arvadım Rəfiqə Malik və Rəqsanənin hazırda qaldıqları evin torpaq sahəsini aldı və orada bir balaca otaq tikdi. Malik fəhləliklə məşğul olurdu. Birlikdə yaşadıqları müddət ərzində aralarında mübahisələr olurdu. Bu mübahisələrin əsas səbəbi torpaq məsələsi idi.

Malik onların yaşaması üçün aldıqları torpağı Rəqsanədən onun adına sənədləşməsini tələb edirdi. Rəqsanə də bunu qəbul etmir, bildirirdi ki, torpağı ata-anası alıb, bir sözlə, torpağın Malikin adına keçirilməsindən imtina edirdi”.

Hüquqi varis qeyd edib ki, son vaxtlar Malik Rəqsanəyə evi satması və onun ailə üzvlərinin yaşadığı binada satılmaqda olan ev tapdığını bildirir, Rəqsanədən həmin evi alaraq oraya köçməsini tələb edirdi:

"Hadisə baş verməmişdən iki həftə əvvəl onlar arasında bu evlə bağlı mübahisə oldu. Aralarında mübahisə olan gün qızım məni çağırdı, telefonum vasitəsilə "102” xidmətinə zəng vurdu və Malikin onu ölümlə hədələdiyini, döydüyünü bildirdi. Rəqsanənin şikayətinə əsasən polis əməkdaşları gələrək yoxlama apardılar. Bundan sonra Malik Rəqsanə ilə barışdı”.

Rəqsanənin atası daha sonra qeyd edib ki, avqustun 5-də qızı ona zəng edib, yemək bişirdiyini bildirib və onu evə çağırıb:

"Rəqsanəgilə getdim və yemək yeyərək onlarda qonaq qaldım. Həmin vaxt Malik də evdə idi. Onların arasında münasibət normal idi. Ertəsi gün günorta saatlarında öz evimdə olan zaman qızım məni yenə çağırdı və nahara dəvət etdi. Nahardan sonra axşam saatlarına qədər onlarda qaldım. Sonra öz yaşadığım evə qayıtdım. Evimizin arası təxminən 3 kilometrdir.

Evdən çıxdıqda Malik "mən də atamgilin evinə gedirəm” dedi. Birlikdə kənddə yerləşən gölün yanına kimi gəldik. Gölün kənarında mənə başqa yolla gedəcəyini bildirdi. Biz ayrıldıq, mən evə getdim.

Təxminən 22:30-da oğlum İlkin mənə zəng edərək Malikin Rəqsanəni bıçaqla vurduğunu bildirdi. Oğlum və arvadımla xəstəxanaya gəldik. Biz xəstəxanaya çatdıqda artıq Rəqsanə əməliyyat olunması üçün cərrahiyyə şöbəsinə aparılmışdı. Malik də xəstəxanada idi, dəhlizdə hərəkət edirdi. Bir qədər sonra polis əməkdaşları gəldilər və Maliki apardılar”.

Bu iş üzrə adı hallanan Rasim də şahid qismində ifadə verib. O bildirib ki, arvadı mərhum Rəqsanənin bibisi qızıdır:

"Aramızda ailə münasibətləri yaxşı olub, ailəvi gediş-gəliş etmişik. Hər hansı düşmənçilik və ya ədavətimiz olmayıb. Maliki uzun müddətdir tanıyıram, bəzi yerlərdə birlikdə fəhlə işləmişik.

Rəqsanə ilə qohum kimi münasibət saxlamışıq. Aramızda sevgi münasibəti olmayıb. Bir-birimizə istəyimiz olub”.

Rasim qeyd edib ki, avqustun 7-də təxminən saat 21:00-da Rəqsanə ona zəng edib, evlərinə çağırıb:

"Rəqsanəgilin evinə getdim. Qapıya qarşı tərəfdən daxil oldum, həmin vaxt qapı açıq idi. Maliki çağırdım, Rəqsanə cavab verdi. Rəqsanədən siqaret olub-olmadığını soruşdum. Rəqsanə mənə hansı siqaret istədiyimi soruşdu. "Viceroy” siqareti istədim. Həmin siqaretdən qalmadığını bildirdi. Maliki soruşduqda, Rəqsanə onun gələcəyini dedi.

Həmin vaxt Rəqsanə cücələr üçün yem bişirirdi. Söhbət edə-edə evin arxa tərəfində olan həyətyanı sahəyə keçdik. Böyük qızı da bizim yanımızda idi. O, cücələrə yem verdiyi müddətdə bir qədər söhbət etdik. Söhbətimiz 5-10 dəqiqə çəkdi. Rəqsanə mənə arvadımın onun haqqında danışdığını bildirdi. Bu vaxt qızı yanımızdan evə getdi.

Bir qədər yaxınlaşdıq, aramızda bir-birimizə qarşı olan istəkdən danışdıq. Malik arxa tərəfdə olan çəpərdən keçərək bizə tərəf gəldi. Malikin gəlişini hiss etməmişdim. Çatdıqda mənə yumruq atdı. Kənara çəkildim, yumruq divara dəydi”.

Rasimin sözlərinə görə, Malik onun Rəqsanə ilə söhbət etdiyini görüb: "Bizi səhv başa düşdüyünü, qısqandığını, əlində bıçaq, küt əşya ola biləcəyini fikirləşdim, bir hadisə baş verməməsi üçün oradan uzaqlaşdım. Malik arxamca gəldi. Lakin mənə çata bilmədi və geri qayıtdı. Növbəti gün Malikin Rəqsanəni bıçaqladığını və daha sonra öldüyünü eşitdim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Malik 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

///telegraf.com

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Parkda təcavüz olunan qadın öldü
Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tələbələri porno videolara çəkən şəxs tutulub

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi