Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60517
az

Toy gecəsi qorxusu bu xəstəliyi yarada bilər 18+

23:5903 Noyabr, 2021
1207
18+
  • A

Son zamanların ən aktual problemlərindən biri vaginizm xəstəliyidir.
Cinsi münasibətdən kişi və qadının həzz alması ikili münasibətlərin, xüsusilə də xoşbəxt evliliyin təməl daşıdır.

Vaginizm xəstəliyi isə cinsi münasibət zamanı qadının bu vəziyyəti imkansız hala gətirməsidir.
Yəni vaginizm xəstəliyi qadında cinsi münasibətə istəksizlik yaradır. Bu xəstəliyə tutulanlar cinsi münasibətdən heç bir şəkildə həzz almır.
Bu xəstəlikdən əziyyət çəkənlər bəzən cinsi münasibətə qarşı olmaları ilə yanaşı, cinsi orqanına hansısa ginekoloji alətin belə daxil edilməsinə icazə vermirlər.

Bəs vaginizm xəstəliyi nədən yaranır?
Psixoloq Zeynəb Eyyubovanın sözlərinə görə, xəstəliyin aktual səbəblərdən biri fobiyalardır. İkinci səbəb olaraq isə əsas nevrozluq düşünülür:
"Fobiyaların müxtəlif növləri var. Məsələn, xanım sevmədiyi adamla nişanlanır və bundan sonra gələcəyindən qorxmağa başlayır. Bu zaman evləndikdən sonra vaginizm yarana bilər.
Müşahidə edilən əksər səbəblərdən biri toy gecəsidir. Bakirəliyin itməsi, toy gecəsi qorxusu vaginizmə səbəb olur. Bu, xanımda şüuraltı qorxu yaradır.
Bundan əlavə, uşaq vaxtı alınan travma, zorlanma, cinsi əlaqəyə məcbur edilmə də qadının bu xəstəliyə tutulmasına səbəb ola bilər".
Mütəxəssis xəstəliyin müalicəsindən danışan zaman insanların doğru bildiyi bəzi fikirlərin əslində yanlış olduğunu vurğulayıb.

"Müalicəsində doğru bilinən yanlışlar çoxdur. Məsələn, düşünək ki, bir xanım bundan əziyyət çəkir. Özündən asılı deyil, cinsi orqanı da əlaqəyə imkan vermir. Müalicəsi zamanı edilən əsas səhv budur ki, pasiyent ginekoloqa gedir, amma psixoloqa getmir və ya əksinə psixoloqa gedir və fayda görmür.
Birmənalı olaraq bilməlidirlər ki, bu xəstəlik psixoloq, ginekoloq hətta ehtiyac duyularsa uroloqla paralel aparılmalıdır. Düzgün seçilmiş müalicə metodu ilə də uğur əldə etmək mümkündür", - deyə psixoloq bildirib.
Həmçinin Zeynəb həkim xəstəliyin keçmə müddətinin individual olduğunu qeyd edib:
"Sağalma müddəti travmadan asılı olaraq 2 günə, 5günə və ya bir neçə ay çəkə bilər.
Bu orqanizmdən və xəstəliyin əsas səbəbindən asılıdır".medicina.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbələri porno videolara çəkən şəxs tutulub
Kuryer tələbə qızı zorlayıb (18+)
Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu