Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54886
az

18+ Kişilərdə geriyə boşalma nədən baş verir? – Həkim  müalicəsini açıqladı

08:4404 İyun, 2021
1283
18+
  • A

Cinsi əlaqə problemləri içərisində geriyə boşalma problemi erkən boşalma, yaxud erektil disfunksiya – impotensiya kimi aktual deyil. Belə ki bu, erkən boşalma və ya erektil disfunksiya ilə müqayisədə xeyli az rast gəlir. Bununla belə, faktlar əvvəlki illərə nisbətən geriyə boşalma hallarının artdığını göstətir.

Geriyə boşalma nədir və necə baş verir?

Cinsi əlaqənin son fazası olan boşalma (eyakulyasiya) sinir sistemi ilə tənzimlənən mürəkkəb bir prosesdir. Bu prosesdə sinir sistemi ilə yanaşı prostat vəzi, toxum kisəcikləri, toxumçıxarıcı axacaqlar, sidik kanalıın prostat vəzinin içindən keçən hissəsi sinxron bir şəkildə iştirak edərək , sperma möhtəviyyatını sidik kanalına tullayır. Həmin andaca məhz sinir sisteminin təsirilə sidik kisəsinin boynu sıxılaraq spermanın geriyə axmağa qoymur. Bunun ardınca sidik kanalını əhatə edən əzələlər yığılaraq, spermanın sidik kanalından bayıra atılmasını təmin edir. Hər hansı bir səbəbdən bu proses pozularsa spermanın bayıra deyil, sidik kisəsinə atılması baş verir. Buna geriyə boşalma və ya retrograd eyskulyasiya ( retrograde ejaculation) deyilir.

Geriyə boşalmanın səbəbləri

Geriyə boşalmanın səbəbləri içərisində müxtəlif məqsədlərlə qəbul edilən dərman preparatları 1-ci yerdə durur. Belə dərmanlara nevralogiya və psixatriyada istifadə olunan bəzi dərmanlar, habelə prostat vəzinin böyüməsinin – adenomanın müalicəsi zamanı istifadə olunan bir çox dərmanlar (tamsulozin, terazosin və s) və başqaları aiddir.
Bir sıra xəstəliklər – şəkərli diabet, hipertoniya xəstəliyi, onurğa zədələnmələri zamanı da geriyə boşalma müşahidə edilə bilər. Geriyə boşalmaya səbəb olan digər hallara aşağıdakılar aiddir:
1- prostat vəzi və ya sidik kisəsi üzərində cərrahi əməliyyatlar . Məsələn, transuretral prostatektomiyada (TUR əməliyyatı) xəstələrin 10 – 15% – də geriyə boşalma müşahidə edilir.
2- xayalar, düz bağırsaq üzərində cərrahi əməliyyatlar;
3- çanaq orqanlarınin xəstəliklərinin şüalandırma ilə müalcəsi və digər hallar.
Geriyə boşalmanın ağırlaşmaları və müalicəsi.
Geriyə boşalma sağlamlıq üçün təhlükəli bir şey deyil. Lakin bəzi hallarda bu sonsuzluğa səbəb ola bilər ki, bu zaman xüsusi müalicə tələb edir. Əksər hallarda “quru orqazm” deyilən bu halı törədən səbəb aradan qaxdıqda müalicəsis bərpa olur. Bəzən cinsi əlaqənin sonunda sperma gəlmədikdə seksual həzzi azaldır ki, bu da narahatçılıq doğura bilər.. Bəzən isə aspermiya (spermanın həqiqətən heç olmaması) ilə geriyə boşalmanı fərqləndirmək lazım gəlir. Bununçun sidik kisəsi müayinə olunur və sperma tapılmırsa, onda xayalar da daxil olmaqla başqa müayinələr aparılmalıdır. Sidik kisəsinə sperma axınınıın qarşısını almaq üçün sidik kisənin boynunu müvəqqəti daraldan bəzi dərmanlar da istifadə olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fil xəsətliyi görün nədən yaranırmış: Müalicəsi olmayan bəla  (18+FOTOLAR)
Cinsi münasibətin müddətini dərmansız necə uzatmalı - Effektiv metodlar
Bakirəlik anadangəlmə olmaya bilərmi? - 5 vacib suala cavab

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı