Erkən boşalma kişilərin çox tez-tez qarşılaşdığı cinsi əlaqə problemlərindəndir. Lakin bu gerçəkliyə rəğmən erkən boşalmadan əziyyət əkən kişilərin əksəriyyəti utancaqlıq və inamsızlıq üzündən həkimə müraciət etmirlər. Erkən boşalma kişi heysiyyətinə, psixologiyasına mənfi təsir edən bir haldır. Boşalma prosesinə nəzarət edə bilməyən kişi tezliklə hissə qapılır, bu problemin həllinin yollarını axtarmaq əvəzinə, onu daha da dərinləşdirir: özünü bacarıqsızlıqda məzəmmət edir, ruhdan düşərək çox vaxt cinsi əlaqədən qaçmağa çalışır. Bu səbəbdən hər bir kişi erkən boşalma haqda bu 3 həqiqəti bilməlidir:
Erkən boşalma haqqında 3 həqiqət
1-ci həqiqət – Erkən boşalma cinsi zəifliyin ən geniş yayılmış növüdür.
2 – ci həqiqət – Erkən boşalma cinsi zəifliyin ən asan müalicə olunan növüdür.
3 – cü həqiqət – Erkən boşalma hallarının yarıdan çoxu dərmansız müalicə oluna bilən hallardır!
Cinsi zəifliyin hər hansı forması kimi, erkən boşalma tibbi –psixoloji problem olmaqla bərabər, sosial problemlər də yaradır; bu cinsi cütlərin əsəblərinə, davranışlarına, iş qabiliyyətlərinə, adamlarla ünsiyyətinə də mənfi təsirini göstərir. Buna görə də erkən boşalmadan əziyyət çəkənlərin tərəddüd etmədən həkimə müraciət etməsi vacibdir.
Erkən boşalma nədir? Bu anlayış erektil disfunksiya (penisin nomal bərkiməməsi) anlayışından fərqli bir anlayışdır. Erkən boşalma anlayışı cinsiyyət üzvünün – penisin vaginaya daxil ola bilməsi ilə deyil, cinsi əlaqənin müddəti ilə bağlı bir anlayışdır: bu zaman cinsi əlaqə 3 dəqiqədən az çəkir!
Əgər kişinin cinsiyyət üzvu vaginaya daxil olmazdan əvvəl boşalma baş verirsə, bu 1-ci dərəcəli (kəskin) erkən boşalma hesab edilir.
Əgər kişinin cinsiyyət üzvu vaginaya daxil olduqdan sonra cinsi əlaqə 1 dəqiqədən az davam edirsə, buna 2 ci (orta) dərəcəli erkən boşalma deyilir.
Əgər kişinin cinsiyyət üzvu vaginaya daxil olduqdan sonra cinsi əlaqə 1 dəqiqədən çox, lakin 3 dəqiqədən az davam edirsə, sadəcə erkən boşalma deyilir.
Ümumiyyətlə, əksər mütəxəsislər 3 dəqiqədən az davam edən cinsi əlaqəni erkən boşalma kimi qəbul etməyi tövsiyə edir. Lakin bu hamıya tətbiq oluna bilməz. Məsələn, cinsi cütlər eyni vaxtda orqazma çatırlarsa və məmnun qalırlarsa, cinsi əlaqənin müddətindən asılı olmayaraq, bunu erkən boşalma kimi qəbul etmək olmaz.
Bu linklərə vurun;
//www.youtube.com/watch?v=iUQ4NccgRsc
//www.youtube.com/watch?v=mJrozM3FWcg
Erkən boşalmanın səbəbləri. Bu səbəblər psixoloji və tibbi olmaqla 2 yerə bölünür. Bu səbəblərdən hansının daha çox rast gəldiyini söyləmək çox da çətin deyil – əksəriyyəti psixoloji səbəblərdir. Erkən boşalmanın səbəbləri içərisində ən çox rast gələn psixoloji səbəblərə aşağıdakılar aiddir:
Gənclik dövrünün masturbasiya vərdişlərinin təsiri (tələsik, yaxalanmaq qorxusu altında süni boşalmalar ). Bu amil erkən boşalma səbəbləri içərisində 1-ci yerdə durur.
Cinsi istəyin qadına qarşı həddən artıq yüksək olması.
3.Qadından infeksiya ilə yoluxmaq qorxusu
Qadının hamilə qalması qorxusu
Cinsi əlaqənin münasib yerdə və ya münasib vaxtda olmaması
Qadının cinsi əlaqədən imtina edəcəyinin qorxusu
Cinsi əlaqə haqqında səhv anlayışlar
Digər bir çox psixoloji məqamlar, stres, yorğunluq və s. səbəblər də erkən boşalmaya səbəb ola bilər.
Tibbi səbəblər bütün yaşlarda, daha çox isə yaşlanmış kişilərdə rast gəlir. Bura aiddir:
Prostatitlər (prostat vəzinin iltihabi xəstəlikləri – daha çox gənclərə aiddir)
Prostat vəzinin adenoması (xoşxassəli şişi – daha çox 40 yaşı keçmiş kişilərə aiddir)
Prostat vəzinin xərçəngi
Uretritlər (sidik kanalının iltihabi xəstəliyi)
Penisin patoloji həssaslığı və s.
Yaşlılarda daha çox cinsiyyət orqanlarının xəstəlikləri (prostatit, uretrit, prostat adenoması, penisin patoloji həssaslığı və s.) və qeyri – uroloji digər xəstəliklər – şəkərli diabet, hipertoniya xəstəliyi, nevrotik pozulmalar və s. erkən boşalmaya səbəb ola bilər. Tibbi səbəblər içərisində prostat vəzinin iltihabı və adenoması ilk növbədə qeyd olunmalıdır. Çünki normal cinsi əlaqənin təminatı üçün prostat vəzinin sağlamlığı çox mühümdür! Orqanizmdə cinsi hormonların balansının pozulması da erkən boşalmaya səbəb ola bilər. Hər hansı xəstəliklə bağlı müalicə alan şəxslərdə qəbul edilən bəzi dərman preparatları da erkən boşalmaya səbəb ola bilər. Kişinin əsəb sistemi, fiziki yorğunluğu və s. bu kimi bir çox hallar da erkən boşalmanın səbəbi ola bilər.
Son söz əvəzi. Bu məqalədə və budan əvvəlki məqalələrdə verilən hər hansı məlumat və ya tövsiyə şəxsi təxəyyülə, müəllifin mülahizələrinə və ya xalq arasında gəzən inanclara deyil, elmi təbabətə əsaslanır. “Elmi təbabət” isə qısa şəkildə desək, “sınanmış reseptlərin məcmuusu” deməkdir. Müasir elmi təbabətin əsas prinsipləri “Sübutlara əsaslanan tibbdən” qaynaqlanır. Biz öz müalicələrimizdə Amerika və Avropanın öncül uroloji elmi cəmiyyətlərinin, tədqiqat institutlarının və klinikalarının uzun illər ərzində klinik tədqiqatları ilə təsdiq olunmuş və 30 illik təcrübəmizdə özünü doğrultmuş müalicə metodlarını və protokolları rəhbər tuturuq.
Oxu24.com
ŞƏRHLƏR