Amerikalı alimlər oral intim münasibəti onkoloji riski artıran səbəblər siyahısına daxil edib.
Qırtlaq və udlaq xərçənginin inkişafında məhz bu növ intim münasibət əsaslı rol oynayır.
Medicina.az xəbər verir ki, alimlər bu növ seksin 18 yaşa qədər başlamasının, eləcə də il ərzində 3-5 nəfər arası oral partnyorun olmasının xüsusi təsir etdiyini bildirib və bundan çəkinməyi tövsiyə edib.
Həddən artıq erkən yaşda və mütəmadi bu növlə məşğul olanların 45 yaşından sonra qırtlaq, dil, udlaq xərçəngi olması riski çoxalır.
Bu orqanlarda şişi yaradan səbəb papiloma virusudur, o da cinsi orqanlar vasitəsilə keçir. Normal cinsi münasibət zamanı bu virus partnyordan insana cinsi yolla keçib, cinsi orqan, qadınlarda uşaqlıq yolu xərçənginə səbəb ola bilər.
Oral yolla ağızın, boğazın selikli qişasına keçərək, orda şiş patologiyasının əsasını qoya bilər.
Elmi araşdırma məşhur Canser dərgisində çap edilib və təsdiqlənib.
Oxu24.com
ŞƏRHLƏR