Türkiyənin ATV kanalında Esra Erolun aparıcılıq etdiyi verilişdə qalmaqal yaradan iştirakçıdan xəbər var.
Oxu24.com pressas.info-ya istinadla xəbər verir ki, özündən yaşca xeyli böyük qonşusundan hamilə qalan Esra Karakuş əri ilə barışıb.
O, sosial şəbəkədə paylaşım edərək əri ilə xoşbəxt olduğunu qeyd edib. Lakin, qadının paylaşımı maraq doğurub, həm Esra, həm də əri kəskin şəkildə tənqid olunub.
Qeyd edək ki, özündən 28 yaş böyük qonşusuyla gizli eşq yaşayan Esra ötən il canlı yayımda DNT testinin nəticələrini öyrənərkən sevinməsi ilə diqqət çəkib. Uşağının atasının qonşusu olduğunu öyrənərkən səsli şəkildə "Çox şükür, əlhəmdülillah" deyən Esra Karakuş bütün diqqətləri öz üzərinə toplayıb. Onun əri vəziyyətdən şoka düşdüyü anda qadının reaksiyası maraq doğurub.
Oxu24.com
ŞƏRHLƏR