Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50673
az

"Bədənində qızartı gördüm, dedim, başqa kişiylə..." – Qısqanc kişinin şok əməli

16:0116 Mart, 2021
3745
18+
  • A

Kürdəmir rayon sakini, 1967-ci il təvəllüdlü İlqar Vəliyev Xırdalan şəhərində 1975-ci il təvəllüdlü həyat yoldaşı Səyyarə Vəliyevanı öldürüb.

Teleqraf.com-un xəbərinə görə, İlqar Vəliyev 1994-cü ildən rəsmi nikah münasibətində olduğu arvadı Səyyarənin 2020-ci il mayında ayaqlarında dizdən aşağı hissələrdə, avqust ayının əvvəllərində sağ biləyində bir neçə iz görüb. Həmçinin avqust ayında yaşadıqları evdə özünə məxsus olmayan alışqan tapıb. Bu səbəbdən arvadının başqa kişilərlə intim əlaqədə olaraq ona xəyanət etdiyini düşünüb.

İlqar Vəliyev arvadını öldürmək qərarına gəlib. Avqustun 14-də saat 10 radələrində evin yataq otağında olduqları vaxt mənzilin dağınıq vəziyyətdə olduğunu görüb. Əsəbiləşərək arvadına buna görə iradını bildirib. Səyyarə isə ona kobud cavab verib.

Bundan qəzəblənən İlqar Vəliyev Səyyarədən bir müddət əvvəl əl və ayaqlarında olan şübhəli izlərin hansı səbəbdən yarandığını soruşub. Səyyarə izlərin mənzilin qapısına dəyməsindən yarandığını bildirib.

İlqar arvadına yalan danışdığını, izlərin başqa şəxslərlə cinsi əlaqə zamanı yarandığını bildirib, mübahisə etməyə başlayıb.

Həmin vaxt Səyyarə əsassız şübhələrdən bezərək “yaxşı edirəm” cavabı verdiyi üçün İlqar arvadını öldürmək fikrini qətiləşdirib.

“Ailədə münasibətimiz yaxşı idi, amma...”

Bu məqsədlə Səyyarənin xəbəri olmadan asta addımlarla mətbəxə keçib və bıçaq götürərək geri qayıdıb. O, arvadına çoxsaylı zərbələr vuraraq öldürüb.

İstintaq orqanı tərəfindən İlqar Vəliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar Vəliyev özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum arvadı Səyyarə ilə birgə nikahlarından İsmət adlı oğlu və Bağdagül adlı qızı var: “Həyat yoldaşım Səyyarə evdar qadın idi. Ailədaxili münasibətlərimiz normal idi, özüm ərzaq dükanı işlədirdim. 2020-ci ilin may ayından arvadımın mənə xəyanət etməsindən şübhələnirdim.

Arvadımın ayaqlarında dizdən aşağı hissələrdə əl sıxması nəticəsində yaranmış izləri gördüm. Səyyarədən soruşdum ki, ayaqlarındakı izlər nədən olub, o da evdə iş görərkən harasa dəydiyini dedi.

Hadisədən təxminən bir həftə əvvəl evdə mənə aid olmayan alışqan tapdım. Yoldaşımdan alışqanın kimə məxsus olduğunu soruşdum. Səyyarə bilmədiyini dedi. Oğlum İsmətin də siqaret çəkmədiyini, ona görə həmin alışqanın başqa şəxsə aid olduğunu düşündüm.

Alışqanla yanaşı bir dəfə evə daxil olduqda evdən siqaret iyi gəlirdi. Arvadımın xəyanət etməsi barədə şübhələrim daha da artdı. Hadisədən təxminən 10 gün əvvəl də arvadımın sağ biləyində izlər aşkar etmişdim”.

“Mənə xəyanət etdiyini bir neçə dəfə əsəbi halda təkrar dedim”

İlqar Vəliyevin sözlərinə görə, avqustun 14-də saat 10 radələrində marketdən ərzaq alaraq evə gəlib: ”Evdə arvadım Səyyarə tək idi. Ərzaqları mətbəxə qoyduqdan sonra yuyundum və Səyyarədən evin niyə səliqəsiz olduğunu soruşdum. Mənə evi yığışdıracağını dedi. Bu sözdən əsəbləşdim, xəyanət barədə şübhələri də əsəbimi artırdı.

Arvadımdan əsəbi halda əl və ayağındakı izlərin səbəbini soruşdum, o da qapıya dəydiyini dedi. İnanmadığım üçün Səyyarəyə bu izlər qapı izləri olmadığını, onun başqaları ilə cinsi əlaqədə olduğunu, mənə xəyanət etdiyini təkrar dedim. Səyyarə mənə başqa kişilərlə gəzdiyini və yaxşı elədiyini dedi. “Yaxşı eliyirəm” dedikdən sonra onu öldürmək üçün yavaşca mətbəxə keçdim, bıçağı götürdüm və otağa qayıtdım.

Arvadım otaqda eyvanın qapısının qabağında ayaqüstə idi. Yaxınlaşanda başa düşdü ki, onu öldürmək istəyirəm, qışqırmağa başladı. İlk öncə bıçaqla sinə nahiyəsinə xəsarət yetirdim. Mənə müqavimət göstərdi, sonra isə yerə yıxıldı. Yerdə olan zaman yenə də onun bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirdim. Az müddət sonra arvadım yerdə hərəkətsiz qaldı.

Bundan sonra hamama getdim, əl üzümü və bıçağı yudum. Paltarlarımı soyundum, hamama qoydum və yeni paltar geyindim. Paltarlarımı geyinə-geyinə Səyyarəyə baxırdım və onun hərəkətsiz olduğunu gördükdə öldüyünü başa düşdüm. Sonra evdən çıxdım, hadisə vaxtı istifadə etdiyim bıçağı da götürdüm, həyətdə taksilərdən birinə yaxınlaşdım. Xırdalan şəhərində yerləşən Heydər Əliyev adəna parka sürməsini istədim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, təxminən saat 11 radələrində 102 zəng xidmətinə zəng edib, arvadını öldürdüyünü və meyitinin yaşadıqları ünvanda olduğunu deyib: “Daha sonra qardaşım Sədirxanın oğlu Elvinə zəng etdim, hadisəni bildirdim. Elvinə ona görə zəng etdim ki, qızım Bağdagülün evə girməsinə mane olsun. Elvinlə danışdıqdan sonra heç kimlə əlaqə saxlamadım.

Arvadıma xüsusi əzab vermək niyyətim olmayıb, mənə müqavimət göstərirdi, bu səbəblə ona çoxsaylı xəsarətlər yetirdim. Parkda bir qədər gəzdim, sonra polisə təslim oldum. Əməlimdən peşmanam”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

İlqar Vəliyev 14 il müddətinə azadlıqdan məhrum edilib

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbələri porno videolara çəkən şəxs tutulub
Kuryer tələbə qızı zorlayıb (18+)
Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu