Sosial şəbəkədə tanış olduğu oğlanlarla görüş təyin edən iki qız dəhşət yaşayıb.
BiG.AZ Milli.Az-a istinadla bildirir ki, sosial şəbəkə vasitəsi ilə tanıdığı 10 oğlanla parkda görüş təyin edən iki yeniyetmə qız zorlanıb.
Avstraliyada yaşanan olay ölkədə qalmaqal doğurub.
İddialara görə, 10 oğlandan 4-ü qızları zorlayıb, qalanları isə qızların yardım çığırışlarına məhəl qoymayıb.
Qeyd edək ki, qızların hər ikisinin yaşı 18-dən azdır.
Faktla bağlı cinayət işi açılıb, şübhəlilər saxlanılıb, məsələ ilə bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR