Filippinin “Airlines Express” hava yolu şirkətinin stüardessası Kristina Angelika Dasera vəhşicəsinə öldürülüb.
Publika.az “Daily Mail”ə istinadən xəbər verir ki, 23 yaşlı qadının cəsədi 1yanvar səhəri 4 ulduzlu “City Garden Hotel”in vanna otağında tapılıb.
Cinayətin ilkin istintaqı çərçivəsində qadının qaldığı nömrənin qonşuluğundakı 11 nəfər ittiham olunur.
Qeyd edək ki, Kristina dostları və həmkarları ilə birlikdə Yeni ili hoteldə qeyd edib. Onun cəsədini həmkarı Rommel Qalida tapıb.
İstintaq və məhkəmə ekspertizasının ilkin nəticələrinə görə, qız təcavüzə məruz qalaraq qətlə yetirilib.
Gənc stüardessanın instaqramda 125 min izləyicisi olub.
Oxu24.com
ŞƏRHLƏR