ABŞ-ın Kolorado ştatının sakini koronavirusa yoluxan 4 yaşlı uşağının videosunu yayıb.
Oxu24.com KONKRET.az-a istinadla xəbər verir ki, bu haqda məlumatı “Daily Mail” nəşri yayıb.
Mənbə bildirir ki, videoda oğlan öskürür və çətinliklə nəfəs alır.
Körpənin anası Anna Zimmerman bütün ailənin tədbir aldığını və təcrid edildiyini söyləyib. Buna baxmayaraq, martın 21-də Linkoln yüngül öskürməyə başlayıb.
Yeddi gündən sonra uşağın qızdırması olub. Martın 28-də həkim uşağı müayinə edib və sətəlcəm olduğunu bildirib. Evdə müalicə olunmaq üçün buraxılıb və körpənin ciddi nəfəs almaqda çətinlik çəkməyə başladığı zaman yalnız iki gün sonra xəstəxanaya göndərilib. Klinikanın ikinci günündə Linkolnda SARS-CoV-2 diaqnozu qoyulub. Müalicə müsbət nəticə verib və uşaq yaxşılaşıb.
ŞƏRHLƏR