Bakıda baş vermiş dəhşətli qətlin təfərrüatı və görüntüləri yayılıb.
Oxu24.com xəbər verir ki, Sumqayıt şəhərində,Bağlar massivində baş vermiş hadisə zamanı Əziz Soltanov və arvadı İntizar 26 bıçaqla öldürülüb.
İstintaq materiallarından məlum olub ki, dəhşətli cinayəti Türkiyə vətəndaşı Şener Əjdər törədib.
Məlum olub ki, Şener Əjdər qayınatası və qayınansını ailə məişət zəminində qətlə yetirib.
Hadisə baş verən zaman Şener Əjdər qayınatasının evinə gəlib. O, əlində gizlətdiyi bıçaqla qayınatasına 26 bıçaq vurub. Daha sonra qayınanasına çoxsaylı bıçaq vuraraq öldürüb. Şener Əjdər evə girərək arvadı Güneli,baldızı Aynurəni və qaynı Ramalı da ölümcül yaralayaraq ərazidən qaçıb.
Hadisə yerinə gələn qonşular evdə hər tərəfin qan olduğunu görüb və yaralıları xəstəxanaya aparıblar.
Cinayəti törədən Türkiyə vətəndaşı gizləndiyi yarımtikildən tapılıb.
O, ilkin açıqlamasında bildirib ki, arvadı əxlaqsızlıq etdiyi üçün ondan ayrılıb. Mübahisə də bunun üstündə baş verib.
Cinayətin şok detalları...
Cinayətkar əvvəlcə tualtedə gizlənərək tualetə gələn qayınatası Əzizə 26 bıçaq vurub.Daha sonra evə girərək qayınanasını və digər qohumlarını bıçaqlayıb.
Oxu24.com dəhşətli cinayətin 18+ video görüntüsünü təqdim edir:
Oxu24.com
ŞƏRHLƏR