Azərbaycanlı idmançı Samirə Mustafayeva açıq-saçıq fotosessiyaya çəkilib.
Oxu24.com xəbər verir ki, şəkillər idmançının Instagram səhifəsində paylaşılıb.
İdmançımız hamamda ayaqlarını təraş edərkən videosunu paylaşıb. İlk baxışda Samirənin çılpaq olması zənn edilsə də, onun ət rəngli paltar geyindiyi məlum olub.
Qeyd edək ki, bu, idmançının ilk belə fotolayihəsi deyil.
O, əri ilə ehtiraslı öpüşmə səhnəsinin görüntüsünü də paylaşıb.
Samirə Mustafayeva - FİG-in versiyasına görə, dünya miqyaslı gimnastdır, o, komanda birinciliklərində dəfələrlə dünya mükafatları qazanıb, Sankt-Peterburqun absolyut çempionu, Rusiyanın idman ustasıdır.
Azərbaycan, sonra isə Rusiya millisində çıxış edib. Karyerasını 2013-cü ildə bitirib, hazırda Moskvada yaşayır.
2019-cu ildə rusiyalı biznesmen Nikolay Kondratyuka ərə gedib.
Oxu24.com
ŞƏRHLƏR