İndoneziyada şaman zəhərli ilanı ilə öyünmək istəyərkən, canından olub.
“Ölkə.Az” xəbər verir ki, hadisə, kral kobrasını tutan və insanları müalicə etdiyi daxmada bir həftə saxlayan şaman Norgianın başına gəlib. Şaman ilanı qonşularına göstərmək qərarına gəlib.
Videoda göründüyü kimi ilan onun üzünə tərəf hücum etmək istəyib, lakin o, bu hücumdan qorunub. Bundan sonra ilan onun biləyindən sancıb, lakin kişi buna əhəmiyyət verməyərək, öz işinə davam edib.
Hadisədən 2 saat sonra, özünü pis hiss edən şaman təcili xəstəxanaya çatdırılıb.
Zəhər orqanizminə yayıldığı üçün həkimlər kişiyə kömək edə bilməyib. Norgani həmin gün vəfat edib.
Oxu24.com
ŞƏRHLƏR