Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22860
az

Dəhşətli qəza: FHN gənci sıxılmış maşından belə çıxardı

10:5317 Yanvar, 2020
888
18+
  • A


Lənkəran rayonunda minik avtomobili əvvəl qaz xəttinə, sonra ağaca çırpılıb.

 

Oxu24.com -un  verdiyi məlumata görə, qəza axşam saatlarında Separadi kəndində baş verib.

 

1993-cü il təvəllüdlü, Masallı rayonu Türkoba kənd sakini Eltun Teymur oğlu Qafarov “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarından keçən qaz xəttinə, sonra isə ağaca çırpılıb.

 

Maşının sağ qabaq hissəsi, sərnişin tərəfi deformasiyaya uğrayıb və nəticədə sürücünün yanında əyləşən həmkəndlisi, 1993-cü il təvəllüdlü Cavid İsa oğlu İsayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Xidmətinin əməkdaşları xüsusi alət və avadanlıqların köməyi ilə yaralını maşından çıxara biliblər.

 

Cavid İsayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 

 

Yaxınlıqda yerləşən 20-yə yaxın evin qaz təchizatında fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Yuxuda sekslə məşğul olmaq nəyə işarədir? - Yuxu yozmaları
Kişini alçaldıb maşının baqajına saldılar- Tutuldular

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Kişini döyüb öldürdülər