Tovuz rayonu, Dondar Quşçu kəndində baş vermiş dəhşətli cinayətlə bağlı daha bir görüntü yayılıb.
Oxu24.com xəbər verir ki, "Ölkə.Az"a göndərilən videoda yaşadığı evin yaxınlığında meyiti yandırılan 10 yaşlı Nərmin Quliyevanın görüntüləri yer alıb. Görüntülərin hansı şəraitdə və kim tərəfindən çəkildiyi məlum deyil.
Qeyd edək ki, ötən ilin noyabr ayının 21-də itkin düşmüşdü.
Xatırladaq ki, Nərmin Quliyevanın ölümüylə bağlı Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov şübhəli şəxs qismində saxlanılıb.
Oxu24.com
ŞƏRHLƏR