Türkiyənin Karabük rayonunda qadın hərəkətdə olan avtobusdan yıxılıb.
DHA-nın xəbərinə görə, 100-cü il məhəlləsində avtobus dönən zaman qapısı açılıb və 44 yaşlı Satiye Yılmaz əlindəki paketlərlə avtobusdan yola yıxılıb.
Onun yıxılma anı müşahidə kamerasına düşüb.
Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma zamanı müəyyən olub ki, avtobusun qapısı köhnə olduğu üçün onu saxlayan mil qırılıb və nəticədə qapı açılıb.
Oxu24.com
ŞƏRHLƏR