Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21306
az

Bacısının yataq otağına girən qardaş... - Şamaxıdakı qətlin TƏFƏRRÜATI

19:2923 Dekabr, 2019
1072
  • A

Bacısını boğaraq öldürməkdə təqsirləndirilən Şamaxı şəhər sakini, 1977-ci il təvəllüdlü Rafail Yolçuyevin işinə Ali Məhkəmədə baxılıb.

 

Oxu24.com  Teleqraf.com-a istinadən xəbər verir ki, 2017-ci ilin yanvarın 3-də Rəfail Yolçuyevə bacısı Yasəmən Arzuxanovanın əri İntiqam Arzuxanovdan zəng gəlib.

İntiqam Rəfailə bacısının əxlaqsız hərəkətlər etdiyi, mobil telefon vasitəsilə tanımadığı kişilərlə danışdığı, bununla bağlı əlində sübut olduğu və buna görə bacısını boşayacağını deyib.

Rəfail bacısı Yasəmənin əri və üç övladı ola-ola əxlaqsızlıq etməsi, yad kişilərlə danışması və görüşməsini aşkara çıxarmaq qərarına gəlib. Apardığı araşdırmalardan həqiqətən bacısının əxlaqsızlıq etdiyini öyrənib.

Rəfail bacısının bu hərəkətlərinin özünü başıaşağı etməsi və nüfuzdan salması qənaətinə gəlib. O, məhkəmə yolu ilə bacısının rəsmi qaydada ərindən boşandıqdan sonra yaşadığı ər evindən mülkiyyət və ya istifadə hüququ almaq üçün Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd olunan evə qeydiyyata düşməsinə kömək edəcəyinə söz verib.

Bu məqsədilə o, 21 yanvar 2017-ci il tarixdə bacısını müvəqqəti məskunlaşdığı Bakıdan Şamaxıda yerləşən öz yaşadığı evə dəvət edib.

Rəfail Yolçuyev yanvarın 23-də səhər saat 9 radələrində evdə heç kimin olmadığı bir vaxtda bacısı ilə söhbət etmək məqsədilə evin 1-ci mərtəbəsindəki yataq otağına daxil olub.

Bu zaman o, Yasəmən Arzuxanovanın yarım oturulu vəziyyətdə əlində telefon olduğunu görüb və onun başqa kişilərlə yazışdığını güman edib. Rəfail Yolçuyev bacısına "bəsdir, sən hələ də ağıllanmırsan, səhər tezdən kimlə yazışırsan", - deyə irad bildirib. Yasəmən qardaşına kobud tərzdə başqa kişilərlə münasibətinin şəxsi işi olduğunu bildirib.

Bundan əsəbiləşən Rəfail Yolçuyev bacısından qisas almaq, onu boğmaqla öldürmək qərarına gəlib.O, çarpayının üzərində oturan Yasəmən Arzuxanovanın boğaz nahiyəsindən basaraq, onu kürəyi üstə çarpayıya uzadıb. Daha sonra bacısının əlindən telefonu alaraq yerə atıb və sonra hər iki əli ilə boğmağa çalışıb.

Yasəmən Arzuxanova hər iki əli ilə qardaşına fiziki müqavimət göstərib. Bunu görən Rəfail şkafın üstündə olan tül-sintetik materialdan hazırlanmış qadın baş yaylığını götürüb və altında çabalayan bacısını üzü üstə çevrib.

 

Rəfail sonra Yasəmən Arzuxanovanın bel nahiyəsində oturub və yaylığın bir tərəfini çarpayının başlığına bağladıqdan sonra digər hissəsini isə bacısının boynuna dolayıb. O, bacısını boğaraq öldürüb.

Rəfail Yolçuyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rəfail Yolçuyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib.

Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Rəfail Yolçuyevin apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Rəfail Yolçiyev kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan iclasda kasasiya şikayəti üzrə araşdırma başlanıb.

Aparılan araşdırma zamanı 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rəfail Yolçiyevin ərizəsi məhkəməyə daxil olub. Hakimin səsləndirdiyi ərizədən məlum olub ki, Rəfail Yolçiyev kasasiya şikayətinin geri götürdüyünü göstərib.

Hakim məhkumun ərizəsini qəbul edib və kasasiya şikayətinə baxılmamış saxlanılması barədə qərar qəbul edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbələri porno videolara çəkən şəxs tutulub
Kuryer tələbə qızı zorlayıb (18+)
Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO