BMT-nin Haitiyə göndərdiyi hərbçilər yüzlərlə qadını zorlayıb.
Teleqraf.com xəbər verir ki, 2010-cu ilin sonlarında Haitiyə gedən BMT sülhməramlıları humanitar yardım istəyən qadınları cinsi əlaqəyə məcbur ediblər.
Bu əlaqədən yüzlərlə uşaq dünyaya gəlib və onlar sahibsiz buraxılıb.
İngiltərənin Birminqem Universitetinin araşdırma qrupu 2017-ci ildə Haitidəki BMT qərargahının yaxınlığında yaşayan 2500 insanla fərdi şəkildə müzakirələr aparıb.
Araşdırma qrupu müəyyən edib ki, humanitar yardım üçün əsgərlərlə birlikdə olmaq məcburiyyətində qalan çoxsaylı xanımar uşaq dünyaya gətirdikdən sonra yoxsulluq və səfalət içərisində tənha buraxılıblar.
Oxu24.com
ŞƏRHLƏR