Rusiya hərbçiləri Donetsk vilayətində ukraynalı əsgərin başını kəsib.
Oxu24.com xəbər verir ki, Ukraynanın baş prokuroru Andrey Kostin sosial şəbəkədə məlumat yayıb.
“Rusiya Federasiyasının ukraynalıları məhv etməyə yönəlmiş cinayət siyasətinin yeni dəhşətli sübutları üzə çıxıb. Bizə məlumat daxil oldu ki, rus komandirləri Ukrayna hərbçilərini əsir götürməmək, qeyri-insani qəddarlıqla - başlarını kəsməklə öldürmək əmrini veriblər. Donetsk vilayətində ukraynalı müdafiəçinin başının kəsilməsi faktı qeydə alınıb.
Bu, 21-ci əsrdə yeri olmayan dəhşətli vəhşilikdir. Və bu, təcavüzkarın törətdiyi hərbi cinayətlərin ayrı-ayrı hadisələr deyil, Rusiya rejiminin planlı strategiyası olduğunun bir daha sübutudur. Bu cinayət əmrləri batalyon rəhbərliyi səviyyəsində və işğalçı qüvvələrə qarşı verilib. Gəlin bu cinayətləri cəzasız qoymayaq. Mən bütün sivil dünyanı terrorçu ölkəni təcrid etməyə və cəzalandırmağa çağırıram”, - Kostin vurğulayıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR