Bir kişi Sankt-Peterburqdan olan 11 yaşlı məktəbli qıza messencer vasitəsilə intim videolar göndərib.
Oxu24.com-un REN TV-yə istinadən verdiyi məlumata görə qızın anası polisə müraciət edib.
Video məktəbli qızın telefonuna şənbə günü, mayın 4-də göndərilib. Qızın anası baş verənlərdən elə həmin gün xəbər tutub.
"Naməlum şəxs qadının qızına qarşı nalayiq hərəkətlər edib, yəni o, intim xarakterli video yazı göndərib", - kanalın həmsöhbəti bildirib.
Videonu göndərən şəxsin kimliyi ilə bağlı hələlik məlumat daxil olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Nigar
Oxu24.com
ŞƏRHLƏR