Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7004
az

Polisdən Şəhid anasına böyük sayğı:\"Anam,sizi öz maşınımla apararam\" +VİDEO

12:0013 Noyabr, 2018
2907
  • A
 
Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə guya şəhid ailələrinin təhqir olunması və təyziqlərə məruz qalmaları barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Sosial şəbəkələrdə bir şəxsin fotosu paylaşılaraq “ bu gün etiraz aksiyası keçirən Şəhid analarına hücum edən və Şəhidlərimizin şəkillərini analarının əlindən alaraq cırıb ayaqlar altına atan bu şəxsin şəklini paylaşın” kimi təhqirmiz ifadələr yer alıb.

Femida.az həmin günü əslində nə baş verdiyini araşdırıb. Məlum olub ki, sosial şəbəkələrdə fotosu paylaşılan və şəhid ailələri ilə kobud rəftar etdiyi iddia edilən şəxs elə şəhid övladıdır. O, Şuşanın qətlə yetirilmiş icra başçısı Mikayıl Gözəlovun oğlu Müşfiq Gözəlovdur. O, hazırda Səbail rayon polis bölməsində rəis müavini vəzifəsində çalışır.

 

Bəs cəmiyyətdə çaşqınlıq yaratmaq, həqiqətə uyğun olmayan informasiyanın kökü haradan qaynaqlanıb?


Məlum olur ki, bu məlumatı ilk dəfə Hollandiyada yaşayan, mütamadi olaraq, anti-Azərbaycan çağırışlar edən, ölkəmiz haqqında xarici ölkələrdə qarayaxma kampaniyası aparan, sosial şəbəkələr vasitəsilə dövlətimizin imicinə zərbə vurmağa hesablanmış videolar yerləşdirən azərbaycanlı bloqqer Orduxan Teymurxan paylaşıb. Məqsədsə, aydındır. Bakıda dinc şəkildə keçirilən kiçik bir toplanışdan istifadə edərək gərginlik yartamaq və bundan öz məqsədləri üçün istifadə etmək.

Şəhid adından istifadə edib Şəhid oğluna böhtan atanlar...

Femida.az həqiqətləri üzə çıxarmaq üçün həmin gün çəkilmiş videogörüntüləri də araşdırıb. Elə müxalifət saytlarının yayımladığı görüntülərə istinadən qeyd edirik ki, həmin kiçik toplanış zamanı heç bir gərginlik, polislə toqquşma və insanlara qarşı fiziki təyziq olmayıb. Həmin Meydan TV-nin yayımladığı videodan da açıq-aşkar görünür ki, şəhərin mərkəzi hissəsi ilə qrup halda hərəkət edən şəhid ailələrinin üzvləri polislə qarşılaşan zaman heç bir gərginlik baş vermir. Hətta şəhid anası ilə kobud rəftar edildiyi iddia edilən polis əməkdaşı Müşfiq Gözəlov Şəhid anasına “anam, istəsəniz sizi öz maşınımla ünvana apararam” sözlərini işlədir. Həqiqəti üzə çıxarmaq məqsədi ilə həmin gün qeydə alınan görüntüləri təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın namaz qılarkən qapı açıldı, onun başına gələnlərə inanmayacaqsınız-VİDEO
Sosial yardım almaq istəyənlərə şad xəbər: Artıq bu tələb yoxdur +VİDEO
Güllələnən məşhur ekstrasens Rəşad Atakişiyevlə bağlı proqnoz veribmiş — ŞOK VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı