Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2954
az

DÇ-2018: Bu gün hansı oyunlar var?

19:0815 İyun, 2018
1772
  • A
 Bu gün dünya çempionatında növbəti oyunlar keçiriləcək.

Oxu24.com
apasport.az-a istinadən xəbər verir ki, azarkeşlər bu dəfə 3 qarşılaşmaya şahidlik edəcəklər.

İlk olaraq meydana Misirlə Uruqvay çıxacaq. A qrupunda növbəti mərhələyə namizədlər arasında göstərilən komandaların mübarizəsinə maraq kifayət qədərdi. Birincilərin lideri Məhəmməd Salahın iştirakı sual altındadı. Bu qarşılaşmada qələbə qazanacaq komanda ciddi mənada üstünlük əldə etmiş olacaq.

Ardından B qrupunda mübarizəyə start veriləcək. Əvvəlcə qrupun autsayderləri Mərakeşlə İran münasibətlərinə aydınlıq gətirəcək. Gözlənilənin əksinə, sürpriz etmək arzusunda olan komandalar əvvəlcə ilk turda qələbə qazanmalıdı.

Günün son qarşılaşması, bəlkə də, qrup mərhələsində ilk turun ən çox maraq doğuran matçıdı. Son Avropa çempionu Portuqaliya iki gün əvvəl baş məşqçisini dəyişən İspaniya ilə üz-üzə gələcək. Hər iki komanda qrupu birinci pillədə bitirmək niyyətindədi. Bu gün hansı yığma qalib gəlsə, böyük ölçüdə arzusunu həyata keçirməyi bacaracaq.
Dünya çempionatı

Qrup mərhələsi, I tur

15 iyun

A qrupu

16:00. Misir - Uruqvay
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Yekaterinburq, Mərkəzi arena

B qrupu

19:00. Mərakeş - İran
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sankt-Peterburq, "Krestovski" stadionu

22:00. Portuqaliya - İspaniya
Baş hakim: Canluka Rokki (İtaliya)
Soçi, "Fişt" stadionu Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messidən yubiley qolu - Video
Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti seçildi

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı