Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4525
az

Azərbaycanda porno saytlar niyə bağlandı? -

11:3215 Avqust, 2018
6219
  • A
 Azərbaycanda bəzi porno saytlara giriş məhdudlaşdırılıb.

Sözügedən saytlar “Xvideos” və “Xnxx” porno portallarıdır. Həmin saytlara daxil olmaq mümkün deyil. Onların aylıq ziyarətçi sayı 350 milyondan çoxdur.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bu addımın doğru olduğunu bildirib:

“İstənilən halda bu, bütün dünyada olan praktikadır. Əgər orada qanunvericilinə zidd olan informasiya varsa, həmin saytlar qapanır. Bu, bütün saytlara aiddir. Terrorçuluq, dövlətçilik əleyhinə, silahlılar və azyaşlılarla bağlı olan məlumatlardır.

Sözügedən saytlar isə uşaqlara zərər verən pronoqrafik məlumatlarla doludur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəmə olmadan da həmin saytları bloklamağa səlahiyyəti çatır. Bu cür resurslara qarşı belə addım atılırsa, düşünürəm ki, narahat olmaq üçün məqam yoxdur.

Nazirliyin məhkəməyə müraciət etməsi də düzgün olardı. Son qərarı məhkəmənin verməsi daha doğru addımdır. Bu cür pornoqrafik resurlar Azərbaycan ərazisində bağlanırsa, doğru yanaşmadır”.

Qeyd edək ki, porno saytların bağlanması bəzi sosial şəbəkə istifadəçiləri arasında narazılıqla qarşılanıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Həbsdə olan vəkil Sümbülə Əliyeva 270 min manatlıq mənimsəmədə ittiham olunur